Porsche Bakı Mərkəzi ən sürətli elektrik sedanı təqdim etdi - VİDEO
COVID-19 pandemiyası səbəbi ilə Azərbaycanda ilk dəfə olaraq təqdimat mərasimi online keçirildi.
Porsche Bakı Mərkəzi hər kəsin gözlədiyi 2019-cu ildə “İlin avtomobili” mükafatını alan tam elektrik olan yeni Taycan modelini təqdim etdi. Taycan Turbo S modeli Azərbaycanda satışda olan ən sürətli sedan avtomobili oldu.
Yeni Taycan modelləri 2 elektrik mühərriki ilə təchiz olunub və ən yüksək komplektasiyada toplam 560 kVt (761 at gücü) və 1050 Nm fırlanma anı hasil edir. Taycan Turbo S 0 dan 100 km/s sürəti 2,8 saniyəyə yığır. Bu göstəricilər supercar avtomobillərin göstəricilərinə bərabərdir.
Avtomobilin alt hissəsində 800 voltluq yüksək performanslı batareya quraşdırılıb. Bu cür konstruksiya sayəsində Porsche mühəndisləri ağırlıq mərkəzini çox aşağı səviyyədə tuta bildilər. Bunun sayəsində də avtomobil döngələrdə fenomenal idarə etmə bəxş edir.
Porsche standartlarına uyğun olan müvafiq elektrik doldurma məntəqələrinin vasitəsi ilə avtomobilin batareyasının tam dolmasına 23 dəqiqə sərf olunur. Tam dolu batareya ilə avtomobil 400-450 km məsafə qət edə bilir.
Bu cür elektrik doldurma məntəqələri hal-hazırda Porsche Bakı Mərkəzinin ərazisində quraşdırılır və çox yaxın zamanda şəhərimizin bir çox nöqtələrində də quraşdırılacaqdır.
Oxşar xəbərlər
Biznes sinfində dizayn ikonası və idman simvolu - Audi A6 2.0 TFSI
Yeni, 8-ci nəsil Audi A6 biznes seqmentində çoxsaylı innovasiyaları ilə seçilir. Audi A6 indi hər zamankından daha universal, daha texnoloji və artırılmış komfo...