PAŞA Real Estate Qrup "Potensial Təchizatçılarla Görüş Günü" təşkil edir

PAŞA Real Estate Qrup Potensial Təchizatçılarla Görüş Günü təşkil edir
Foto
Promo 142

PAŞA Real Estate Qrup inşaat sektorunda fəaliyyət göstərən təchizatçıları "Potensial Təchizatçılarla Görüş Günü"nə dəvət edir.

Tədbir yerli təchizatçılara PAŞA Real Estate Qrup-un mövcud və gələcək layihələri haqqında ətraflı məlumat almaq, qarşıdan gələn tenderlərdə iştirak imkanı qazanmaq və əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün dəyərli bir fürsət təqdim edir.

Təchizatçılar görüş zamanı PAŞA Real Estate Qrup-un genişmiqyaslı layihələri ilə bağlı daha dərin məlumat əldə edərək, qarşıda reallaşdırılacaq tenderlərə erkən hazırlıq imkanı qazanacaqlar.

Tədbirdə iştirak etmək üçün təchizatçılar, sadəcə aşağıda təqdim olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat Formu - https://www.surveymonkey.com/r/TQ73LXW

Qeyd edək ki, görüşdə iştirak dəvət əsasında gerçəkləşəcək və yalnız seçilən şirkətlər tədbirə dəvət olunacaqlar.

PAŞA Real Estate Qrup haqqında:

PAŞA Holdinq-in aparıcı törəmə müəssisəsi olan PAŞA Real Estate Qrup Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqroda geniş iş fəaliyyəti ilə tanınır. Əmlak aktivlərinin dəyərini maksimal dərəcəyə çatdırmağı və müştəri məmnuniyyəti səviyyəsini yüksəltməyi hədəfləyən PAŞA Real Estate Qrup daşınmaz əmlakın idarə edilməsi sektorunda inqilabi dəyişikliklər və üstün investisiya gəlirlərini təmin etməyi əsas məqsəd olaraq görməkdədir.

Son xəbərlər