Park Bulvarda İtaliyanın “Liu Jo” brendinin yenilənmiş konsepsiyalı mağazası açılıb - FOTO

Park Bulvarda İtaliyanın “Liu Jo” brendinin yenilənmiş konsepsiyalı mağazası açılıb - FOTO
Foto
Promo 107

Park Bulvar ticarət və əyləncə mərkəzinin birinci mərtəbəsində “Liu Jo” brendinin təmirdən sonra yenilənmiş konsepsiyalı mağazası açılıb.

“Liu Jo” brendinin Azərbaycanda çoxsaylı pərəstişkarları var. Onlar yüksək keyfiyyətli təbii materiallara üstünlük verən, zövqlü, aktiv və məqsədyönlü xanımlardır. “Liu Jo” bədən quruluşunu vurğulayan və hərəkəti məhdudlaşdırmayan eleqant üslub deməkdir. Bu brendin gözəl geyimləri həm gündəlik istifadə, həm də xüsusi günlər üçün idealdır.

Bu İtaliya brendinin bütün modelləri qadın gözəlliyini və zərifliyini ön plana çəkir, ən xırda nüanslara xüsusi diqqət ayırır. Zəriflik və romantizmi özündə birləşdirən 2023-cü ilin yaz-yay kolleksiyası da bu baxımdan istisna deyil.

2023-cü ilin yaz-yay mövsümünün dəbli və orijinal geyim, ayaqqabı və aksessuarlarının yeni kolleksiyası artıq yeni mağazada təqdim olunub. Bu kolleksiya sayəsində asanlıqla öz unikal və zərif obrazınızı yarada və tamamlaya bilərsiniz.

Park Bulvarda yerləşən “Liu Jo” mağazası haqqında sizi maraqlandıran məlumatları +99455-598-71-40, +99450-275-93-16 nömrələri ilə əlaqə saxlamaqla, yaxud Instagram sosial şəbəkəsindəki rəsmi səhifəmizə yazmaqla əldə edə bilərsiniz.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər