Panorama by ELIE SAAB-ın təməli qoyuldu – Azərbaycanın premium yaşayış konsepsiyasında yeni mərhələnin başlanğıcı

Panorama by ELIE SAAB-ın təməli qoyuldu – Azərbaycanın premium yaşayış konsepsiyasında yeni mərhələnin başlanğıcı
Promo 79

Bakı, Azərbaycan – Sabah Investment Group, Reportage Group və ELIE SAAB ilə əməkdaşlıq çərçivəsində Panorama by ELIE SAAB layihəsinin təməlqoyma mərasimini keçirərək, Azərbaycanda ELIE SAAB brendi altında inşa olunan ilk yaşayış layihəsinin tikintisinə rəsmi olaraq start verib.

Xəzər dənizinin sahilində yerləşən Sea Breeze ərazisində baş tutan mərasim Azərbaycanın premium daşınmaz əmlak bazarı üçün mühüm mərhələ olmaqla yanaşı, beynəlxalq dizayn ənənələrini, memarlıq innovasiyalarını və ELIE SAAB brendinin seçilən həyat tərzi konsepsiyasını bir araya gətirib.

Tədbirdə dövlət rəsmiləri, iş adamları, investorlar, eləcə də üç tərəfdaşın rəhbər nümayəndələri iştirak ediblər. Açılış nitqləri Sabah Investment Group-un sədri Orxan Mustafayev, Sea Breeze layihəsinin təsisçisi Emin Ağalarov və ELIE SAAB Group-un baş icraçı direktoru Elie Saab Jr. tərəfindən səsləndirilib. Elie Saab Jr.-ın Bakıda iştirak etməsi layihənin strateji əhəmiyyətini və tərəfdaşların Azərbaycanda premium yaşayış konsepsiyası üçün yeni standart formalaşdırmaq istiqamətində ortaq baxışını bir daha nümayiş etdirib.

Sabah Investment Group və Reportage Group tərəfindən birgə həyata keçirilən Panorama by ELIE SAAB layihəsi Sea Breeze ərazisində, Xəzər dənizinə birbaşa baxışı olan 23 531 kvadratmetrlik sahədə yerləşəcək. Sahil xəttinin təbii axıcılığından ilham alan memarlıq konsepsiyası ətraf mühitlə harmonik şəkildə vəhdət təşkil edir və ELIE SAAB-ın zərif dizayn fəlsəfəsini özündə əks etdirir.

Layihə bir və iki otaqlı mənzillər, duplekslər və penthauslar daxil olmaqla 550 yaşayış vahidini əhatə edəcək. ELIE SAAB-ın kreativ rəhbərliyi altında hazırlanmış interyerlər təbii mərmər, premium keyfiyyətli materiallar, xüsusi işlənmiş dekorativ elementlər və İtaliyada istehsal olunan eksklüziv ELIE SAAB Maison kolleksiyası ilə tamamlanacaq. Layihədə wellness mərkəzi, üzgüçülük hovuzları, landşaft dizaynlı yaşıllıq zonaları, sakinlər üçün lounge məkanları və peşəkar əmlak idarəetmə xidmətləri təqdim olunacaq.

Panorama by ELIE SAAB Azərbaycanın inkişaf edən premium brend yaşayış layihələri portfelinə mühüm töhfə verməklə yanaşı, Sea Breeze-in memarlıq, dizayn və müasir həyat tərzinin vəhdət təşkil etdiyi aparıcı sahilyanı yaşayış məkanlarından biri kimi mövqeyini daha da möhkəmləndirəcək.

ELIE SAAB haqqında

1982-ci ildə Beyrut şəhərində təsis olunan ELIE SAAB, beynəlxalq səviyyədə tanınan haute couture moda evindən dünyanın aparıcı lüks həyat tərzi brendlərindən birinə çevrilib. Mükəmməl sənətkarlığı, zamansız zərifliyi və fərqli dizayn üslubu ilə tanınan brend bu gün Haute Couture, Ready-to-Wear, gəlinlik kolleksiyaları, aksesuarlar, ətirlər, ev kolleksiyaları, hospitality layihələri və dünyanın müxtəlif ölkələrində həyata keçirilən brend yaşayış layihələrini əhatə edir.

Sabah Investment Group (SIG) haqqında

Sabah Investment Group (SIG) strateji daşınmaz əmlak investisiyaları və private equity sahəsində fəaliyyət göstərən aparıcı beynəlxalq holdinq şirkətidir. Uzunmüddətli inkişaf strategiyası və dayanıqlı böyüməyə sadiqliyi ilə şirkət qlobal bazarlarda dəyər yaradan şaxələndirilmiş investisiya portfeli formalaşdırıb və Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Türkiyədə uğurlu fəaliyyət təcrübəsinə malikdir.

Reportage Group haqqında

Reportage Group Birləşmiş Ərəb Əmirliklərinin aparıcı özəl daşınmaz əmlak inkişaf etdiricilərindən biridir və fəaliyyət coğrafiyası BƏƏ, Misir, Türkiyə, Səudiyyə Ərəbistanı, Uqanda və Azərbaycanı əhatə edir. Şirkətin missiyası müasir, dayanıqlı yaşayış icmaları yaratmaqla sakinlər üçün təhlükəsiz mühit, investorlar üçün isə etibarlı investisiya imkanları təqdim etməkdir.

Sea Breeze haqqında

Sea Breeze 2006-cı ildə Emin Ağalarov tərəfindən Bakıda, Xəzər dənizi sahilində yaradılmış kurort şəhəridir və yaşayış əmlakını, hotelləri, restoranları, çimərlikləri, idman və əyləncə məkanlarını bir araya gətirərək beynəlxalq kurort istiqaməti kimi inkişaf edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər