“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır

“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
Promo 7

“Nar”ın müştəriyönümlü strategiyası, hər bir abunəçiyə özəl təkliflərin təqdim olunması, əhatə dairəsinin daim genişlənməsi, abunəçilərə göstərilən yüksəkkeyfiyyətli internet xidməti sayəsində son 9 ay ərzində abunəçi bazası çoxalıb.

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv abunəçi bazasında 5% artım qeydə alınıb.

“Nar”ın hər bir abunəçi qrupunun tələblərinə uyğun şəkildə formalaşdırdığı tariflər də istifadəçilər tərəfindən yüksək qiymətləndirilib.

Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə “FULL”, “CavanNar” və “Unikal” tarif planlarının istifadəçi sayında ortalama olaraq 23% artım müşahidə olunub.

“Nar” olaraq əsas hədəflərimizdən biri müştərilər üçün yaratdığımız üstün keyfiyyət dəyərini qoruyub saxlamaqdır.

Bu yanaşma özünü həm fərqli müştəri qrupları üçün təqdim etdiyimiz məhsullarda, həm də müxtəlif kanallar üzərindən göstərdiyimiz təkmilləşdirilmiş müştəri təcrübəsində göstərir.

Bu kompleks yanaşmanın nəticəsi olaraq biz abunəçi bazamızda dinamik artım müşahidə edir və artıq 3-cü ildir ki, müştəri loyallığı indeksi üzrə öz liderliyimizi qoruyub saxlaya bilirik”, - deyə “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke bildirib.

Qeyd edək ki, müştəri loyallığı indeksinə mobil internet təcrübəsi, sərfəli tariflər və keyfiyyətli şəbəkə kimi bir çox amillər təsir göstərir.

Müstəqil araşdırma şirkəti tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən, “Nar” abunəçilərinin müsbət mobil internet təcrübəsi üzrə 27% artım qeydə alınıb.

“Nar” hesabat dövründə öz müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalaraq abunəçilərini daha üstün müştəri xidmətləri ilə təmin etmək üçün mağazalarında yeni konsept təqdim edib.

Qeyd edək ki, mobil operator paytaxt və regionlar da daxil olmaqla 20-dən çox yenilənmiş xidmət mərkəzini müştərilərin ixtiyarına verib.

“Nar” abunəçilərinə Çağrı Mərkəzləri, “Nar+” mobil tətbiqi, sosial media vasitəsilə də yüksəkkeyfiyyətli və operativ müştəri xidmətləri göstərməkdə davam edir.

Belə ki, son 9 ay ərzində mobil operatorun sosial şəbəkələrinə 45 mindən çox müraciət daxil olub və onlar ortalama 6 dəqiqə ərzində cavablandırılıb. Çağrı Mərkəzinə daxil olmuş 1 milyondan çox sorğunun 93%-i isə ilk zəngdən öz həllini tapıb.

Bir çox mühüm əməliyyatları saniyələr içində həll etməyə imkan verən “Nar+” tətbiqi abunəçilərin ən çox üz tutduğu xidmət kanalı olub. Belə ki, 3-cü rüb ərzində tətbiqə abunəçilər tərəfindən 8 milyondan çox giriş edilib.

Son 9 ay ərzində “Nar” KSM strategiyası çərçivəsində müxtəlif hədəf qruplarının rifahının yaxşılaşdırılmasına yönəlmiş sosial layihələrini də uğurla həyata keçirməyə davam edib.

Belə ki, daha çox Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə dəstək istiqamətində yönəlmiş layihələr də daxil olmaqla, mobil operator hesabat dövrü ərzində sosial layihələrə ümumilikdə 750 min AZN-dən çox investisiya ayırıb.

Oxşar xəbərlər

Son xəbərlər