"McDonald"s Azərbaycan" və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Novruz bayramı ərəfəsində "McDonald"s Azərbaycan" Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birlikdə şəhid və qazi övladları üçün bayram tədbiri təşkil etdi.
"Crescent Mall"da 8-11 yaş aralığında olan 40-dan çox uşaq bir araya gələrək bu gözəl bayramı birlikdə qeyd edib.
Qonaqlar üçün maraqlı proqram hazırlanmışdı. Uşaqlar əvvəlcə nahar ediblər, sonra isə onlara təxəyyül və yaradıcı düşüncəni inkişaf etdirən hədiyyələr və intellektual oyunlar təqdim olunub. Daha sonra uşaqlar "Crescent Mall"ın oyun zonasına yollanaraq doyunca oynayıb bayram sevincindən zövq aldılar.
Tədbir "McDonald"s Azərbaycan" və Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirildi.
Bu memorandum korporativ sosial məsuliyyət layihələrinin icrasına dəstək verir və 44 günlük Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladlarını əhatə edən bir sıra birgə təşəbbüslərə əsas yaradır.
Qalereya
Oxşar xəbərlər
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
DAŞKƏND, 27 oktyabr 2026-cı il – "PAŞA Real Estate Qrup" və "Marriott International, Inc." Özbəkistanın paytaxtı Daşkənddə "JW Marriott" brendi altında rezidens...