Mastercard-ın illik kampaniyası müştəri vərdişlərini dəyişəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Mastercard "Bravo" supermarketlər şəbəkəsi ilə yeni uduşlu alış-veriş kampaniyasına başlayır.
Azərbaycanda sifariş edilən Mastercard və ya Maestro karta sahib istənilən şəxs kampaniyada iştirak edə bilər.
İştirak üçün tək bir şərt var - "Bravo" mağazasında Mastercard və ya Maestro kartla nağdsız ödəniş etmək. Təmassız ödənişlər isə kampaniyada qalib olmaq şansını 10 dəfə artırır!
Kampaniya çərçivəsində Azərbaycandakı Mastercard/Maestro kart sahibləri 2 Lexus avtomobili və 20 iPhone telefonundan birini qazanmaq şansı əldə edəcəklər.
Kampaniya "Bravo"nun bütün marketlərində keçərlidir. Qaliblər və püşkatma tarixləri hər ay www.bravomastercardlottery.com saytında elan ediləcək.
Mastercard və "Bravo" supermarketlər şəbəkəsinin birgə təşkil etdiyi kampaniyanın məqsədi müştəriləri nağdsız ödənişin üstünlükləri ilə tanış etmək və onların tez və təhlükəsiz ödəniş etməsinə kömək etməkdir.
Kampaniyanın əsas məqsədi "Nağdsız Azərbaycan" proqramı üçün təşəbbüslər irəli sürmək və hökumətin Azərbaycanda daha şəffaf və güclü iqtisadiyyat qurmaq üçün rəqəmsal ödənişlərin payını artırmaq səylərini dəstəkləməkdir.
Qeyd edək ki, Mastercard, ödəniş sənayesində fəaliyyət göstərən qlobal texnologiya şirkətidir.
Oxşar xəbərlər
Expressbank-ın kartları ilə “Visa kartları ilə ödəniş qazandırır” adlı lotereyaya qoşulun!
Azərbaycan Respublikasının Mərkəzi Bankı geniş əhali təbəqəsini əhatə edən və bütün ölkə miqyasında keçirilən “Visa kartları ilə ödəniş qazandırır” adlı stimull...