Kinderland uşaqları və valideynlərini Halloween-i qeyd etməyə dəvət edir!
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının ən böyük uşaq əyləncə mərkəzi olan Kinderland növbəti dəfə qonaqlarını təəccübləndirməyə hazırdır.
“Halloween” ərəfəsi 29 və 30 oktyabr balaca dostlarımızı və valideynlərini “Kinderland-də Mistik səyahət”-ə dəvət edirik. Bu günlər ərzində Kinderland şəhərciyi hər zamankından daha əyləncəli və sirli olacaq.
Balaca qonaqları günboyu qorxulu və bir o qədər də gülməli personajlar, peşələr paradı, bonus Kindi-lər və maraqlı master-klaslarda iştirak etmək imkanı gözləyir. Uşaqlar xüsusi kvestlərdə iştirak edərək “Trick or Treat” tərəflərini seçə, maraqlı şouların bir hissəsi ola və “Halloween”-ə özəl xüsusi hazırlanmış “flashmob”-u izləyə bilərlər.
"Qorxulu" obrazlar olmadan “Halloween”-i təsəvvür etmək olar? Əlbəttə ki, yox! Kinderland şəhərciyinin tematik geyimlərlə gələn bütün balaca qonaqları geyim müsabiqəsində iştirak edə və Kinderland-dən hədiyyələr qazana biləcəklər.
Əyləncə davam edir! Qeyd olunan tarixlərdə uşaqları animatorlar tərəfindən təşkil olunmuş Halloween məzmunlu oyunlar, DJ və “Paper” Şou gözləyir.
“Kinderland-də Mistik səyahət” bayram günlərində iştirak etmək Kinderland-in giriş biletinə daxildir.
İlin ən mistik və “şirin” səyahəti yaxındadır!
Ətraflı məlumat üçün www.kinderland.az vebsaytı və ya 012 525 44 04 / 010 525 44 14 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Kinderland-in sosial media səhifələri:
Facebook: https://www.facebook.com/Kinderlandaz
Instagram: https://www.instagram.com/kinderlandbaku
Youtube: https://bit.ly/3MFzEQR
Oxşar xəbərlər
Həftəsonu ailəvi istirahət üçün TOP-5 yer
Həftəsonunu bütün ailə ilə harada keçirmək olar? Həftə sonu maarifləndirici və aktiv istirahət üçün ən uyğun 5 yeri seçdik. Yeri gəlmişkən, Uber aksiyasından is...