“Huawei Azerbaijan” koronavirusla mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib (FOTO)
“Huawei Azerbaijan” koronavirusla (COVID-19) mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib. Xüsusi karantin rejimi ilə bağlı tədbirlərin dəstəklənməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində COVID-19 virusuna qarşı qoruyucu və profilaktik vasitələr Azərbaycana gətirilib.
Trend-in məlumatına görə, bu vasitələr sırasında tibbi maskalar, steril əlcəklər, gözün selikli qişasını qorumaq üçün hava keçirməyən və tərləməyən eynəklər, həmçinin birdəfəlik tibbi qoruyucu kostyumlar var.
Qeyd olunan xüsusi qoruyucu vasitələrin Heydər Əliyev Fondu tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB), Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsinə, uşaq evləri və internat məktəblərinə təqdim olunub.
Çinin “Huawei” şirkəti Azərbaycanda 17 ildən artıqdır ki, fəaliyyət göstərir. “Huawei Tech. Azerbaijan” MMC-nin baş icraçı direktoru Lu Canlin qeyd edib ki, “Huawei” ötən müddət ərzində həm tərəfdaşları, həm də Azərbaycan xalqı ilə dost münasibətləri qura bilib. Dostluq və tərəfdaşlıq çətin zamanlarda daha vacibdir, çünki əsl dost belə vacib günlərdə tanınar. Məhz buna görə “Huawei” şirkəti COVID-19 pandemiyasına qarşı Azərbaycan hökuməti və xalqı ilə səylərini birləşdirir.
Qalereya
Oxşar xəbərlər
HUAWEI şirkəti HUAWEI AppGallery əsaslı mobil tətbiqlərin ekosisteminin inkişaf planını təqdim etdi
HUAWEI Şirkəti HUAWEI AppGallery tətbiqlər mağazasını bütün dünyadakı müştərilər üçün əlverişli tətbiqlərin yayılması üçün açıq innovasiya platforması etməyə ça...