HUAWEI WATCH FIT 3: Fəal həyat tərzinin əvəzolunmaz köməkçisi - FOTO

HUAWEI WATCH FIT 3: Fəal həyat tərzinin əvəzolunmaz köməkçisi - FOTO
Promo 9

HUAWEI WATCH FIT 3 özünü smart saatlar sahəsinə yenilik və gözəl üslub gətirən cihazlardan biri kimi təqdim edir. Huawei-in yeni smart saat modeli həm xarici görünüşü, həm də funksionallığı ilə xoş təəssüratlar yaradır və istifadəçilərə sağlamlığın izlənilməsi və fəal həyat tərzi keçirmək üçün geniş imkanlar təklif edir.

HUAWEI WATCH FIT 3: Fəal həyat tərzinin əvəzolunmaz köməkçisi - FOTO

Dizayn və ekran

HUAWEI WATCH FIT 3-də ilk diqqəti çəkən məqam onun zərif və müasir dizaynıdır. Smart saat 1,82 düym AMOLED ekranla təchiz edilib və 480 x 408 piksel ekran ölçüsü sayəsində canlı və aydın görüntünü təmin edir. Displey ultra incə çərçivələrlə əhatələnib və cihazın gövdəsinin qalınlığı cəmi 9,9 mm-dir ki, bu da onu biləkdə rahat və demək olar ki, çəkisiz edir. Gövdəsi yüksək keyfiyyətli materiallardan hazırlanıb və qayışsız çəkisi cəmi 26 qramdır ki, bu da uzun müddətli istifadədə əlavə rahatlığı təmin edir.

Funksional imkanlar

HUAWEI WATCH FIT 3 sağlamlığın izlənilməsi üçün bir çox sensor və texnoloji yenilik ilə təchiz olunub. Onların arasında ürək ritminin ölçülməsi üçün TruSeen 5.5 texnologiyası, yuxu keyfiyyətinin təhlili üçün TruSleep 4.0 və fiziki fəaliyyətin monitorinqi üçün TruSport texnologiyaları var. Smart saat həmçinin GPS-i dəstəkləyir ki, bu da qaçış və ya gəzinti zamanı marşrutları dəqiq izləməyə imkan verir.

Smart saatın əsas xüsusiyyətlərdən biri də onun suya davamlılığıdır. Bu isə öz növbəsində cihazdan üzmə zamanı belə istifadə etməyə imkan yaradır. Bu xüsusiyyət HUAWEI WATCH FIT 3-ü fəal həyat tərzi keçirən insanlar üçün ideal edir.

HUAWEI WATCH FIT 3: Fəal həyat tərzinin əvəzolunmaz köməkçisi - FOTO

Şəbəkədənkənar iş rejimi və enerji təchizatı

HUAWEI WATCH FIT 3-ün digər əhəmiyyətli üstünlüyü onun uzun müddət şəbəkədənkənar işləmək qabiliyyətidir. 400 mA/s tutumlu batareyası sayəsində saatlar adi istifadə zamanı 10 günə, bütün funksiyaların fəal istifadəsi halında isə 7 günə qədər işləyə bilər. Bu xüsusiyyət smart saatın enerji təchizatı barədə tez-tez düşünmədən onun funksionallığından uzun müddət zövq almağa imkan yaradır. Həmçinin sürətli şarj da dəstəklənir ki, bu da zərurət yarandıqda cihazdan tez bir zamanda faydalanmaq üçün nəzərdə tutulub.

Proqram təminatı və interfeys

Smart saat HarmonyOS 4.2.0 əməliyyat sistemi əsasında çalışır ki, bu da cihazın müxtəlif funksiyalarından sürətli istifadəni təmin edir. Rahat anlaşılan interfeys saatların bütün funksiyalarını asanlıqla tapmağa və istifadə etməyə imkan verir, çox sayda ekran variasiyası isə cihazın görünüşünü öz üslubunuza və əhvalınıza uyğunlaşdırmağa imkan verir.

Əlavə funksiyalar

HUAWEI WATCH FIT 3 həmçinin mesajlar və zənglər haqqında bildirişlər, musiqi dinləmə, hava proqnozu və bir çox digər əlavə funksiyanı dəstəkləyir. Bu saat yalnız fitnes izləyicisi deyil, həm də gündəlik həyatınızda sizin ağıllı köməkçinizdir.

HUAWEI WATCH FIT 3: Fəal həyat tərzinin əvəzolunmaz köməkçisi - FOTO

Yekun rəy

HUAWEI WATCH FIT 3 zərif dizayn, ən müasir texnologiyalar və geniş funksionallığı özündə uğurla birləşdirir. Bu smart saat aktiv həyat tərzini qiymətləndirən və sağlamlığına diqqət edənlər üçün əla seçim olacaq. Gözəl dizaynı, uzun müddət enerji təchizatı olmadan çalışması və çox sayda faydalı funksiyası sayəsində HUAWEI WATCH FIT 3 həm mütəxəssislər, həm də istifadəçilər tərəfindən yüksək qiymətlərə layiqdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər