Gənclik Ticarət Mərkəzi, “Birgə və Sağlam” İctimai Birliyi və AFRA-nın birgə tədbiri baş tutub!
3 may 2024-cü ildə Gənclik Mall-da qeyri kommersiya təşkilatı olan “Birgə və Sağlam” İctimai Birliyi, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) və PAŞA Malls-un birgə təşkilatçılığı nəticəsində autizmli şəxslər üçün tədbir keçirilmişdir.
Tədbir çərçivəsində autizmli gənclər üçün konsert və əyləncə proqramı təşkil olunmuş, həmçinin gənclərimiz tərəfindən qonaqlara dəb sərgisi nümayiş olunmuşdur. Tədbir çərçivəsində autizmli gənclərdən ibarət “Mavi Ürəklər” Xor və Ritm qrupunun musiqili çıxışları qonaqlara təqdim olunmuşdur.
Qeyd edək ki, tədbirin məqsədi autizmli şəxslərin cəmiyyətə qazandırılması, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.
Qalereya
Oxşar xəbərlər
Marriott International ilə PASHA Development arasında müqavilə imzalandı - FOTO
Marriott International ilə PASHA Development arasında The Ritz-Carlton Residences, Baku kompleksinin açılışı ilə əlaqədar müqavilə imzalandı. 28 avqust 2023-cü...