GEELY Holding Group ASTON MARTIN şirkətinin səhmlərini aldı

Çinin ən böyük avtomobil istehsalçısı olan Geely Auto Holding Group 30 sentyabr tarixində Böyük Britaniyanın lyuks brendi olan Aston Martin şirkətinin səhmlərinin 7,6%-ni əldə etdiyini açıqladı.
Geely Holding Qrupunun baş direktoru Daniel Donghui Li bu barədə fikirlərini bildirib:
“Biz Aston Martin şirkətinə sərmayəmizi elan etməkdən məmnunluq duyuruq və inanırıq ki, Geely Holding Group-un texnoloji üstünlükləri və geniş sayda özünü doğrultmuş məhsulları sayəsində Aston Martin şirkətinin gələcək uğurlarına dəstək ola bilər. Biz Aston Martin ilə uzunmüddətli inkişaf strategiyamızı həyata keçirmək üçün proseslərin başlamasını səbirsizliklə gözləyirik”.
Oxşar xəbərlər
Bakıda yeni premium avtomobil təqdim olundu - FOTO
"Efendiler Group"a daxil "Geely"nin Azərbaycandakı rəsmi distribütoru "Rich Motors" şirkəti "Fairmont" otelində "Geely Monjaro" modelininin təqdimat mərasimini...
