Gədəbəy dağlarından bütün Azərbaycana - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qədim zamanlardan su insanların ən müqəddəs neməti sayılıb.
El arasında su çəkdirənlərə, insanların suyla təminatına yardım edənlərə hər zaman “Su qədər ömrün olsun” alqışı deyilib. Bu gün bu alqışın haqqını verənlər dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən Gədəbəy dağlarındakı 12 bulaqdan su toplayıb süfrələrimizə çatdırır.
Beləcə, sürələrimizin bəzəyi olan Slavyanka suları əvvəlcə Gədəbəyin Zəhmət kəndindəki fabrikdə mineral tərkibi qorunaraq, detallı təmizləmə prosedurlarından keçir, istehsal olunur və Azərbaycanın bütün regionlarına çatdırılır.
“Gədəbəy Mineral Suları” MMC-nin istehsal etdiyi “Slavyanka” Azərbaycanın ilk qazsız qablaşdırılmış mineral süfrə suyu markasıdır. Məhsul 2004-cü ildən Gədəbəy dağlarındakı saf bulaqlardan toplanan sulardan əldə olunur. “Slavyanka” suları ilk dəfə 19 il əvvəl istehsal olunub və satış üçün Bakıya göndərilib. O gündən bu günə işlər daha da təkmilləşdirilib. 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik istifadəyə verilib. 2014-cü ildən isə limonad fabriki fəaliyyətə başlayıb. Limonad fabrikinin açılışında Prezident cənab İlham Əliyev şəxsən iştirak edib.
Bu gün artıq “Slavyanka”nın çox dadlı bazarda özünəməxsus yer tutan limonad (duşes, tərxun, üzüm, limon) çeşidləri var. Məhsulların əsas xüsusiyyəti saf, təbii bulaq suyundan hazırlanmasıdır. “Slavyanka” limonadları da Gədəbəydə istehsal olunur və bütün ölkəyə buradan çatdırılır.
“Gədəbəy Mineral Suları” MMC-i məhsullarını marketlərdən əldə etməklə yanaşı, *2121 nömrəsinə zəng edərək və ya slavyanka.az saytına daxil olaraq sifariş etmək mümkündür.
Qalereya
Oxşar xəbərlər
"Azercell" 2022-ci il üzrə hesabatını açıqlayır - VİDEO
Ölkənin lider mobil operatoru yenilikləri Azərbaycana gətirməyə davam edir İnnovativ həllər vasitəsilə müştərilərinin gündəlik həyatını daha dolğun etməyə çalı...