"Eşitməyən qalmasın!" - Avaz Eşitmə və Nitq Mərkəzi bu məqsədlə xidmətinizdədir
Avaz Eşitmə və Nitq Mərkəzinin mütəxəssisi Əli bəy:
"Eşitməyən qalmasın!" – Avaz Eşitmə və Nitq Mərkəzi bu məqsədlə yoluna davam edir
Bakıda fəaliyyət göstərən Avaz Eşitmə və Nitq Mərkəzi uzun illərdir ki, həm uşaqların, həm də böyüklərin eşitmə problemlərinin müasir və effektiv həlli üzrə ölkənin aparıcı ixtisaslaşmış mərkəzlərindən biri kimi tanınır. Belə ki, Mərkəz ən son müasir eşitmə cihazları ilə minlərlə insanın eşitmə qabiliyyətini bərpa etməklə onların həyat keyfiyyətini yaxşılaşdırıb. "Eşitməyən qalmasın" prinsipi ilə fəaliyyət göstərən Avaz Eşitmə və Nitq Mərkəzi hər bir pasiyentə fərdi yanaşmanı əsas prioritet kimi qəbul edir və onların ehtiyacına uyğun ən optimal eşitmə həllərini təqdim edir.
Mərkəzin eşitmə cihazları üzrə mütəxəssisi Əli bəy Baku.TV-yə verdiyi müsahibədə eşitmə müayinələrinin əhəmiyyəti, yeni nəsil eşitmə cihazları, nitq terapiyasının rolu və Avaz Eşitmə və Nitq Mərkəzi digərlərindən fərqləndirən cəhətlər barədə ətraflı məlumat verib.
1. Avaz Eşitmə və Nitq Mərkəzi ölkədə hansı sahələrdə fəaliyyət göstərir və əsas missiyanız nədir?
Əli bəy:
İlk öncə qeyd edim ki, Avaz Eşitmə və Nitq Mərkəzi 2017-ci ildən fəaliyyət göstərir. Mərkəz olaraq əsas missiyamız insanlara daha yaxşı eşitmə və rahat ünsiyyət imkanı yaratmaqdır. Mərkəzimizdə eşitmə müayinələri, audiometriya, timpanometriya, uşaq və böyüklər üçün nitq terapiyası, eşitmə cihazlarının seçimi və proqramlaşdırılması, həmçinin cihazlara texniki xidmət və təmir kimi geniş xidmətlər təqdim edirik.
Bizim məqsədimiz yalnız eşitmə aparatı satmaq deyil, hər pasiyentin ehtiyacına uyğun tam fərdi yanaşma ilə davamlı eşitmə qabiliyyətini təmin etməkdir. Bunun üçün dünya təcrübəsindən, müasir texnologiyadan və yüksək ixtisaslı mütəxəssislərdən istifadə edirik.
Qeyd edim ki, Avaz Eşitmə və Nitq Mərkəzi, qlobal eşitmə texnologiyaları lideri olan İsveçrə brendi olan Sonova Group-a məxsus məşhur Phonak brendinin Azərbaycandakı rəsmi distribütorudur.
2. Mərkəzinizdə aparılan audiometriya və timpanometriya müayinələri necə həyata keçirilir və hansı problemləri aşkarlayır?
Əli bəy:
Audiometriya eşitmə qabiliyyətinin dəqiq qiymətləndirilməsi üçün aparılan əsas müayinədir. Pasiyent səssiz audioloji kabinəyə yerləşdirilir və müxtəlif tezlik və intensivlikdə səslər təqdim olunur.
Timpanometriya isə orta qulağın funksional vəziyyətini qiymətləndirən çox vacib müayinədir. Bu üsulla qulaq pərdəsinin hərəkətliliyi, orta qulaqdakı təzyiq, maye toplanması və ya iltihab kimi hallar aşkarlanır. Xüsusilə uşaqlarda adenoid problemi, tez-tez təkrarlanan xəstəliklər, qulaqda dolğunluq hissi və təzyiq dəyişikliklərinin səbəblərini müəyyən etmək üçün timpanometriya əvəzsiz diaqnostik vasitədir.
3. Eşitmə itkisi hansı səbəblərdən baş verir və insan bunu necə hiss edə bilər?
Əli bəy:
Eşitmə itkisi bəzən qəfil, bəzən isə illər ərzində yavaş-yavaş inkişaf edə bilər. Bunun səbəbləri çox müxtəlifdir: yaşlanma prosesi, irsi meyillilik, tez-tez təkrarlanan qulaq iltihabları, yüksək səsə məruz qalma, travmalar və hətta bəzi dərmanların yan təsirləri bu problemin yaranmasına gətirib çıxara bilər.
İnsanlar adətən eşitmə itkisini aşağıdakı əlamətlərlə hiss etməyə başlayırlar:
Televizoru daha yüksək səslə izləmək ehtiyacı
Söhbətlərdə deyilənləri təkrar soruşmaq
Telefon danışıqlarında çətinlik çəkmək
Səs-küylü mühitdə insanları ayırd edə bilməmək
Qulaqda küy və ya tinnitusun yaranması
Bu əlamətlər ortaya çıxan kimi müayinəyə gəlmək vacibdir, çünki erkən diaqnoz eşitmə itkisini idarə olunabilir edir.
4. Uşaqlarda eşitmə itkisi necə aşkarlanır və valideynlər nələrə diqqət etməlidir?
Əli bəy:
Uşaqlarda eşitmə itkisi çox vaxt gec bilinir, çünki onlar bu barədə məlumat verə bilmir. Valideynlər aşağıdakı əlamətlərə diqqət etməlidir:
Uşağın çağıranda çevrilməməsi,
Sözləri təkrar etməməsi,
Nitq inkişafının ləng getməsi,
Yüksək səsə qarşı həssas olmaması,
Televizoru yaxın oturub izləməsi.
Biz mərkəzdə uşaqlar üçün tam ağrısız və qısa müddətli müayinələr edirik və nəticələr elə həmin gün təqdim olunur. Erkən diaqnoz həm nitq, həm psixoloji, həm də sosial inkişaf üçün çox vacibdir.
5. Avaz Eşitmə və Nitq Mərkəzində hansı növ eşitmə cihazları mövcuddur və onların üstünlükləri nələrdir?
Əli bəy:
Mərkəzimiz eşitmə cihazları üzrə qlobal lider Sonova Group-a məxsus Phonak brendinin, həmçinin Türkiyənin Eartechnic şirkətinə aid Helix brendinin Azərbaycandakı rəsmi distribütorudur. Bu əməkdaşlıq bizə müştərilərin fərqli ehtiyac və gözləntilərinə uyğun, yüksək keyfiyyətli və tam fərdi şəkildə seçilmiş eşitmə cihazları təqdim etməyə imkan verir.
Phonak brendi artıq 70 ildən çoxdur ki, eşitmə cihazları sahəsində innovasiyanın aparıcı brendi kimi tanınır. Brend günümüzdə premium kateqoriyada dünyanın ən etibarlı istehsalçılarından biridir.
Helix brendi isə daha əlçatan, komfortlu və etibarlı eşitmə həlləri ilə geniş istifadəçi kütləsinin seçiminə çevrilmişdir. Brendin modelləri keyfiyyət və davamlılığı ilə tanınır.
Avaz Mərkəzinin ən böyük üstünlüyü isə cihazın sadəcə təqdim edilməsi deyil - onun pasiyentə tam uyğunlaşdırılması, dəqiq proqramlaşdırılması və adaptasiya dövründə davamlı dəstək göstərilməsidir. Bizim üçün əsas məqsəd pasiyentin gündəlik həyatında real dəyişiklik hiss etməsi və daha rahat ünsiyyət imkanına sahib olmasıdır.
6. İnsan üçün ən doğru eşitmə cihazını necə seçirsiniz? Seçim prosesi nədən ibarətdir?
Əli bəy:
Doğru cihaz seçimi yalnız audioloji göstəricilərə görə olunmur. Biz pasiyentin həyat tərzini, yaşını, iş şəraitini, texnologiya ilə bağlı gözləntilərini, estetik prioritetlərini də nəzərə alırıq.
Əvvəlcə audiometriya və timpanometriya nəticələrini təhlil edirik. Daha sonra pasiyentlə ətraflı söhbət edərək cihazın gücü, forması, modeli və funksiyaları barədə qərar veririk. Cihaz seçildikdən sonra onu xüsusi proqramla pasiyentə uyğunlaşdırırıq və real qulaq ölçmələri aparırıq. Bu, cihazın tam dəqiq işləməsinə imkan yaradır.
7. Eşitmə cihazları ilə bağlı ən çox verilən suallardan biri adaptasiya müddətidir. İnsan bu cihazlara necə və nə qədər vaxtda uyğunlaşır?
Əli bəy:
Adaptasiya tamamilə fərdi prosesdir, lakin adətən 1–3 həftə ərzində beyində səsə yenidən adaptasiya başlayır. Uzun müddət eşitməyən insan səsi unutduğu üçün, cihaz taxdıqda əvvəlcə səsləri çox kəskin hiss edə bilər.
Biz pasiyentlərə alışma proqramı hazırlayırıq və cihazı mərhələli şəkildə onların eşitmə səviyyəsinə uyğunlaşdırırıq. Bu səbəbdən proses çox daha rahat və effektiv keçir.
8. Nitq terapiyası xidmətləriniz kimlər üçün nəzərdə tutulub və nə qədər təsirlidir?
Əli bəy:
Nitq terapiyasına tələbat həm uşaqlar, həm də böyüklər arasında çoxdur. Bizim mərkəzdə danışıq gecikməsi olan uşaqlar, artikulyasiya problemləri yaşayanlar, kekələmə, afaziya və nevroloji nitq pozuntuları olan pasiyentlər mütəxəssislərimiz tərəfindən müalicə olunur.
Terapiyanın təsiri pasiyentin yaşına, problemin dərəcəsinə və məşqlərin davamlılığına bağlıdır. Müntəzəm şəkildə terapiya alan uşaqlarda çox qısa müddətdə ciddi irəliləyiş əldə olunur.
9. Cihazlara texniki xidmət və təmir necə həyata keçirilir?
Əli bəy:
Təqdim etdiyimiz bütün cihazlar istehsalçı zəmanəti ilə təmin olunur və mərkəzimizdə onların tam texniki servisi həyata keçirilir. Avaz Eşitmə və Nitq Mərkəzinin xüsusi ixtisaslaşmış texniki xidmət şöbəsi və təcrübəli mütəxəssisləri mövcuddur. Komandamız mütəmadi olaraq Almaniya, Türkiyə, Rusiya və digər ölkələrdə təşkil olunan ixtisasartırma təlimlərində və seminarlarda iştirak edərək bilik və bacarıqlarını yeniləyir.
Bundan əlavə, Almaniya və Türkiyədəki tərəfdaşlarımız tərəfindən mərkəzimizə davamlı texniki və məsləhət dəstəyi göstərilir ki, bu da xidmət keyfiyyətimizin beynəlxalq standartlara uyğun olmasını təmin edir.
Mərkəzimizdə cihazlara tam servis paketi təqdim olunur:
təmizləmə,
filter və hissələrin dəyişdirilməsi,
proqram yenilənməsi,
texniki diaqnostika və s.
Bu xidmətlər pasiyentlərin cihazlardan uzunmüddətli, stabil və yüksək keyfiyyətlə istifadə etməsini təmin edir.
10. Avaz Eşitmə və Nitq Mərkəzinin digər məkanlardan ən böyük üstünlüyü nədir? Niyə pasiyentlər sizi seçməlidir?
Əli bəy: Avaz Mərkəzinin ən böyük üstünlüyü fərdi yanaşmadır. Bizim üçün hər pasiyent sadəcə müştəri deyil – həyat keyfiyyətini yaxşılaşdırmağa ehtiyacı olan bir insandır. Buna görə də hər kəs üçün tam fərdi eşitmə həlli hazırlayırıq.
Bizdə bütün proses – müayinədən başlayaraq cihazın seçimi, proqramlaşdırılması, adaptasiya dövrünün izlənməsi və sonrakı texniki xidmət – eyni məkanda və eyni ixtisaslı komanda tərəfindən həyata keçirilir. Bu, pasiyentə həm rahatlıq, həm də yüksək xidmət keyfiyyəti təmin edir.
Phonak və Helix brendlərinin Azərbaycandakı rəsmi distribütoru olaraq yalnız premium texnologiyalı, orijinal və uzunmüddətli zəmanətli cihazlar təqdim edirik. Bu əməkdaşlıqlar Avaz Mərkəzinin xidmətlərinin dünya standartlarına tam uyğun olmasına imkan yaradır. Həmçinin Almaniya və Türkiyədən olan tərəfdaşlarımız bizə mütəmadi şəkildə texniki və məsləhət dəstəyi göstərirlər.
Mərkəzimizin daha bir üstünlüyü əlçatanlıqdır. Hərəkət məhdudiyyəti olan və ahıl şəxslərin rahatlığı üçün səyyar xidmət göstəririk. Pasiyentlər evdən çıxmadan müayinə və cihazla bağlı dəstək ala bilirlər. Bundan əlavə, müştəri rahatlığını nəzərə alaraq batareya və digər aksesuarların çatdırılma xidmətini də təşkil etmişik.
Bütün bu amillər Avaz Eşitmə və Nitq Mərkəzini bu sahədə ölkənin ən etibarlı və peşəkar ünvanlarından birinə çevirir.
Oxşar xəbərlər
Kapital Bank-ın kiberdələduzluqla mübarizə mövzusunda təlimləri davam edir
Kapital Bank "Dayan, düşün, dəqiqləşdir" kampaniyası çərçivəsində kiberdələduzluqla mübarizə mövzusunda maarifləndirici təlimlərini davam etdirir. Gəncə şəhərin...