"Bizon Max Kokteyl Yarışması 2026" uğurla başa çatıb
2026-cı ilin ən iddialı bar layihələrindən biri olan "Bizon Max Kokteyl Yarışması" uğurla yekunlaşıb. Layihə zamanı HoReCa sektorunun peşəkarları bir araya gəlib. Yarışma əyləncə sektorunda kokteyl mədəniyyətinin inkişafına xüsusi töhvə verən irimiqyaslı platformaya çevrilib.
Müsabiqəyə ümumilikdə 72 nəfər müraciət etmişdi. Final gecəsində isə iştirakçı sayı 250 nəfərdən çox olmuşdu.
Yarışda iştirakçılar yaradıcılıq, texniki bacarıq və təqdimat meyarları əsasında qiymətləndirilib. Münsiflər heyəti tərəfindən seçilən ən yaxşı kokteyllərin restoran və bar menyularına daxil edilməsi üçün tövsiyə olunacağı bildirilib.
Qaliblərə yarışmanın nəticələrinə uyğun olaraq dəyərli hədiyyə və mükafatlar təqdim olunub.
Qalereya
Oxşar xəbərlər
Tamamilə yeni Toyota Hilux Azərbaycanda təqdim olunub
Toyota Azərbaycandakı müştərilərinə tamamilə yeni Toyota Hilux modelini təqdim etməkdən məmnunluq hissi duyur. Beləliklə, Toyota Hilux yolsuzluq şəraiti üçün di...