"BİMLAND" Uşaq Əyləncə Mərkəzi fəaliyyətə başlayıb
Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun dəstəyi və Bakı İllüziya Muzeyi tərəfindən yaradılan BİMLAND Uşaq Əyləncə Mərkəzi fəaliyyətə başlayıb. Layihənin məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, ailəvi istirahət imkanlarının genişləndirilməsi və təhlükəsiz açıq hava əyləncə məkanının yaradılmasıdır.
7 000 kvadratmetr açıq hava ərazisini əhatə edən BİMLAND ölkənin ən böyük açıq hava uşaq əyləncə mərkəzlərindən biridir. Burada 5 müasir mexaniki atraksion, 26 şişirtmə batut və müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş əyləncə zonaları fəaliyyət göstərir. Kompleksdə uşaqlarla yanaşı, valideynlər üçün də "Viking" və "Bizon" kimi adrenalini yüksək atraksionlar, həmçinin kafe və restoran xidmətləri mövcuddur.
BİMLAND-da tətbiq olunan əsas yeniliklərdən biri limitsiz əyləncə konsepsiyasıdır. Ziyarətçilər hər gün saat 18:00–24:00 aralığında giriş bileti ilə parkdakı bütün atraksionlardan limitsiz istifadə edə biləcəklər.
Rəsmi açılış mərasimində dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri, ictimai xadimlər və tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.
Oxşar xəbərlər
Bir-in korporativ süni intellekt yanaşması ABŞ-də keçirilən "Ai4 2026"da təqdim olunub
Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan Bir korporativ süni intellekt (Sİ) imkanlarının inkişafına dair ya...