Bakıda tam fərqli konsepsiyalı yeni restoran açıldı - FOTO/VİDEO

Bakıda tam fərqli konsepsiyalı yeni restoran açıldı - FOTO/VİDEO
Foto Video
Promo 3

Ötən gün Bakıda daha bir möhtəşəm məkanın açılışı baş tutub.

BAKU.WS xəbər verir ki, paytaxtın Hüseyn Cavid prospekti 26 ünvanında “Balta Grilland” adlı yeni restoran fəaliyyətə başlayıb.

Açılış mərasimində bir çox tanınmış şou-biznes nümayəndələri yer alıblar. Onlar arasında Xalq artisti Tünzalə Ağayeva, müğənni Dilarə Kazımova, o cümlədən Şəhriyar Əbilov, Zümrüd Bədəlova, Mədinə Abdullayeva, Fira Cəlilova kimi aparıcılar olub.

Açılışdan dərhal sonra qonaqlar məkanda onlar üçün təqdim olunan xüsusi yeməkləri dadıblar. Yeni restoranın yeni müştəriləri olan tanınmışlar məkanın adından tutmuş dizaynına qədər hər şeyi, xüsusilə də dadlı və ləziz yeməkləri bəyəndiklərini bildiriblər:

Aparıcı Şəhriyar Əbilov: “Azərbaycan xalqı ət yeməyini çox sevir. Uğurlu bir proyektdir. Dizaynı ürəkaçandır, geniş masaları, canlı musiqisi bizi bura dəvət edəcək”.

Aparıcı Zümrüd Bədəlova: “Adı qorxulu olsa da bilinir ki, burada dadlı və ləziz ət yeməkləri təqdim olunacaq. Ona görə də bu orucluq ayında bu məkan insanların ən dadlı yemək yeyə biləcəkləri yerdir".

Aparıcı Mədinə Abdullayeva: “Adı və konsepti çox maraqlıdır. Xeyirli uğurlu olsun. Uğurlar”.

Aparıcı Fira Cəlilova: “Gənclərin, bir sözlə, hər kəsin istirahəti üçün unikal bir yer axtarırsınızsa, "Balta” sizin ixtiyarınızdadır.

Müğənni Dilarə Kazımova: “Deyirlər ki, burada hər şeyi əl ilə yeyirsən. Gəlin özünüz baxın, məncə...”

Bura gözəl məkan olmaqla yanaşı, həm də ailəniz və dostlarınızla birgə əyləncəli gün keçirmək üçün ideal seçimdir.

Restorana ayaq qoyar-qoymaz özünüzü maksimum komfort və doğma atmosfer zonasında hiss edəcəksiniz. Hər zövqə uyğun bir-birindən ləzzətli yeməklərdən ibarət rəngarəng və eksklüziv menyusu və bütövlükdə yüksək dərəcəli servisi, rahat və geniş interyeri, məşhur musiqiçilərin canlı ifaları, zövqlü musiqi tərtibatı ilə “Balta Grilland” elə ilk baxışdan görənləri özünə heyran edir.

Qeyri-adi adı konsepsiyası olan “Balta Grilland”i fərqli edən məqam burada müştərilərin yeməkləri çəngəl-bıçaqla deyil, əl ilə yemələridir. Bu səbədən də restorana “Balta” adı verilib. Burada ətdən hazırlanan təamlar müştərilərə balta ilə doğranılaraq təqdim olunur. Restoranda unikallığı ilə seçilən manqal da var. 2 metr uzunluğunda olan manqal yavaş-yavaş fırlanaraq üzərindəki ətin tam bişməsini təmin edir.

Restoran sahibinin sözlərinə görə, bu manqaldan Azərbaycanda sadəcə “Balta Grilland”dədir.

Məkan hər yerdə və hər şeydə rahatlığı sevənlər və ona dəyər verənlər üçün ən yaxşı yerdir.

Bir sözlə, “Balta Grilland” təcrübəli personalı, mehriban kollektivi və peşəkar aşpazları ilə siz müştərilərin ixtiyarındadır. Buyurub gələ bilərsiniz.

Rezervasiya üçün əlaqə nömrələri: 099 510 09 09; 012 510 09 09

“Balta Grilland” restoranını sosial şəbəkədə də izləyin: İnstagram

Son xəbərlər