Bakıda möhtəşəm gecə keçiriləcək - FOTO/VİDEO

Bakıda möhtəşəm gecə keçiriləcək - FOTO/VİDEO
Video
Promo 161

Dünyanın ən böyük reklam filmi kolleksiyasına sahib fransalı Jan-Mari Bursikonun layihəsi Bakıda təqdim olunacaq.

BAKU.WS xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən möhtəşəm gecədə tamaşaçılar üçün "Reklamlar gecəsi" nümayiş olunacaq, eyni zamanda müxtəlif seanslardan ibarət şoular təqdim ediləcək. İzləyiciləri bir-birindən maraqlı və gülməli, eyni zamanda "16+" təqdimatlar gözləyir.

Jan-Mari kolleksiyasına hər il 25 min reklam filmi əlavə edir və köhnə arxivlərini 99%-ni yeniləyir.

10 yaşından reklam filmləri toplayan və 560 min filmlik arxivi olan Bursikonun layihəsinin təqdimatı iyunun 30-da axşam saat 19:00-da başlayacaq.

Jan-Marinin maraqlı kolleksiyasını izləmək istəyən tamaşaçılar üçün bilet qiymətləri 30-60 AZN aralığında dəyişir.

Bursiko dünyadakı bütün reklamları kinoteatr ekranına proyeksiya etmək niyyətindədir. Onun reklam filmi nümayiş etdirmə sevgisi ilk dəfə 1981-ci ildə Parisdə yaranıb. İndiyə qədər dünyanın 47 ölkəsində tamaşaçılar Jan-Marinin kolleksiyasını izləyib. Bursiko hər dəfə öz çılğın intuisiyasından istifadə edərək onu izləyənlər üçün sanki nəfis bir kokteyl yaradır.

"Bu işə başlayanda heç bir qonorar qazanmaq fikrim yox idi. Amma illər keçdi. Bir çox ölkələrdən mənə çıxış təklifləri gəldi, mən də qəbul etdim. Tamaşaçılar alqışları ilə şouya rəngarənglik qatırlar. Bizim şou bədii quruluşa malikdir. Qlobal və maraqlı reklamlar təqdim edirik", - deyərək Jan-Mari Bursiko açıqlamalarından birində qeyd edib.

Jan-Mari Bursikonun "Reklamlar gecəsi"ni izləmək istəyən tamaşaçılar biletləri https://iticket.az/events/concerts/the-night-of-the-adeaters/93956 linkindən əldə edə bilərlər.

http://www.adeater.az

Bakıda möhtəşəm gecə keçiriləcək - FOTO/VİDEO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər