Bakıda Christian Provenzanonun iştirakı ilə seminar keçirilib - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda “Ətirşah parfüm” şirkətinin təşkilatçılığı ilə ətir dünyasının tanınmış simalarından biri olan “CPL Aromas” şirkətinin parfümeri Christian Provenzanonun iştirakı ilə seminar keçirilib.
Seminarda parfümeriya aləminin sirləri haqda ətraflı məlumatlar verilib. Qeyd olunub ki, keyfiyyətli parfümlardan hər gün istifadə etmək məsləhət görülür. Lakin hansı parfümdan nə vaxt istifadə etməli olduğumuzu mütləq bilməliyik. Parfümları gündəlik, günün müxtəlif vaxtı, ilin fəsili, əhval-ruhiyyə və gecə həyatına görə seçmək daha düzgündür.
Bildirilib ki, ətrin öz xüsusiyyətini uzun müddət saxlaması üçün onun saxlama qaydalarına əməl etmək lazımdır. Ətirləri quru, sərin və qaranlıq yerdə (adətən qutusunda) saxlamaq lazımdır ki, onlara günəş şüaları düşməsin.
Tədbirin sonunda seminar iştirakçıları sertifikatlarla təltif edilib.
Qeyd edək ki, “Ətirşah parfüm” 2019-ci ildə təsis edilmişdir. Məqsəd, ölkəmizin ətir bazarını keyfiyyətli və eksklüziv ətirlərlə zənginləşdirmək, müştərilərə yüksək səviyyədə xidmət göstərərək onların razılığını qazanmaq və bu sahəni inkişaf etdirərək beynəlxalq standartları ölkəmizdə tətbiq etməkdir. Şirkət müxtəlif növ ətir məhsullarının pərakəndə satışını həyata keçirir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...