“Bakcell”in dəstəyi ilə keçirilmiş velosiped yarışının ən sürətliləri bəlli oldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakcell şirkətinin dəstəyi ilə “Əziz Şuşa” beynəlxalq velosiped yarışı baş tutub.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yarışda dünyanın 14 ölkəsindən 100-dən çox idmançı mübarizə aparıb.
Əsl sürət bayramına çevrilmiş bu yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışı iyunun 7-də Bakıda start götürüb və 11 iyun tarixində Şuşa şəhərində yekunlaşıb.
Hal-hazırda Bakcell şirkəti “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir. Xatırladaq ki, şirkət “NEQSOL Holding”in tərkibinə daxildir.
Qalereya
Oxşar xəbərlər
“Bakcell” “Formula-1” Azərbaycan Qran-prisinin rəsmi dəstəkçisidir - VİDEO
Bakcell Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə “2023 Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisi olmasına dair müqavilə imzalayıb. Abunəçilərin...