Azerconnect Group “Best Managed Companies Azerbaijan 2024” mükafatına layiq görüldü - FOTO
Azərbaycanın ən böyük IKT şirkəti olan Azerconnect Group beynəlxalq audit şirkəti “Deloitte” tərəfindən təsis olunmuş “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsinin qalibi elan edildi.
Azerconnect Group-un fəaliyyəti uğurlu strategiya, innovasiyaların tətbiqi, effektiv idarəetmə modeli, səmərəlilik, korporativ mədəniyyət və digər göstəricilər üzrə geniş təhlil edilərək qalib elan edildi. Tədbir zamanı mükafat Azerconnect Group-un Kommersiya üzrə baş müdiri Müşfiq Əliyevə təqdim olunub. Qeyd edək ki, “Best Managed Companies Azerbaijan 2024” mükafatı dünyanın ən böyük audit şirkəti olan “Deloitte” tərəfindən təsis edilib və hər il ölkənin özəl sektorunda fəaliyyət göstərən şirkətləri qiymətləndirir.
2013-cü ildən fəaliyyətə başlayan Azerconnect Group Mobil, İnternet, Beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media / Tv kimi rəqəmsal xidmətlər təqdim edir. 3 mindən çox əməkdaşı olan Azerconnect Group 2023 və 2024-cü illərdə iş şəraiti və insan resursları göstəricilərini qlobal meyarlar üzrə dəyərləndirən “Top Employers Institute” tərəfindən “Ən Yaxşı İşəgötürən” sertifikatına layiq görülmüşdür.
Azerconnect Group ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində xidmətlər göstərən şirkətdir. Azerconnect Group müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Qalereya
Oxşar xəbərlər
"Unibank" sədri: "Məqsədimiz KOB müştərilərimiz üçün də loyallıq və əlavə dəyər yaradan bank mühiti formalaşdırmaqdır"
2023-cü il Unibank üçün hansı nəticələrlə yadda qaldı? Bankın yeni strateji hədəfləri nədir? Yaxın illərdə Unibankın bazardakı mövqeyində hansı yeniliklər olaca...