"Azercell" tətbiqinə dostunu dəvət et, bonus qazan!
Şirkət tətbiqə yeni qoşulan abunəçilərə 5 GB internet hədiyyə edir
"Azercell Telekom" MMC müştərilərinin rəqəmsal təcrübəsini daha da zənginləşdirmək məqsədilə "Azercell" mobil tətbiqi çərçivəsində "Dostunla paylaş" funksiyasını təqdim edir.
Yeni funksiya tətbiq istifadəçilərinə digər Azercell abunəçilərini platformaya dəvət etməklə əlavə üstünlüklər qazanmaq imkanı yaradır. Bunun üçün istifadəçi tətbiq üzərindən özünə məxsus dəvət kodunu paylaşır. Dəvət olunan abunəçi tətbiqi yükləyərək qeydiyyatdan keçir, müvafiq kodu daxil edir və 24 saat ərzində tətbiqin təklif etdiyi xidmətlərdən birini aktivləşdirir- məsələn, yeni tarifə qoşulma və ya mövcud paketin yenilənməsi. Bu şərtlər yerinə yetirildikdən sonra hər iki tərəf üçün bonuslar hesablanır.
Hər uğurlu qoşulmaya görə dəvəti göndərən istifadəçi 3 AZN bonus əldə edir, tətbiqə yeni qoşulan abunəçilərə isə 5 GB həcmində aylıq internet paketi hədiyyə edilir.
Azercell tətbiqin funksionallığını artıraraq xidmətlərindən daha sürətli və rahat yararlanmaq imkanını genişləndirməyə davam edəcək.
Oxşar xəbərlər
Azercell milli rəqəmsal ekosistemin gücləndirilməsinə strateji töhfəsini davam etdirir
Şirkət 2025-ci ildə infrastruktur modernləşdirilməsi, süni intellekt əsaslı idarəetmə və kibertəhlükəsizlik istiqamətində kompleks tədbirlər həyata keçirib Abu...