“Azercell Könüllüləri” müqəddəs Ramazan ayı münasibətilə növbəti xeyriyyə aksiyası təşkil edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Könüllülər şəhid, qazi və aztəminatlı ailələri ziyarət edib, onlara “Ramazan Payı” çatdırıblar
Hər il olduğu kimi, ənənəsinə sadiq qalaraq “Azercell Könüllüləri” müqəddəs Ramazan ayı münasibətilə növbəti xeyriyyə aksiyası keçirib. Könüllülər hər evə bərəkət, xoş ovqat arzusu ilə Ramazan ayı boyu şəhid, qazi və aztəminatlı ailələri ziyarət edib, onlara “Ramazan Payı” çatdırıb.
Bir müddət öncə Novruz bayramında da könüllülər Azərbaycanın bir çox bölgələrinə səfər edib, xüsusi qayğıya ehtiyacı olan ailələrə baş çəkib, gündəlik ərzaq məhsullarından ibarət sovqat təqdim ediblər.
Qeyd edək ki, Azercell əməkdaşları və onlara qoşulan vətəndaşlardan ibarət olan “Azercell Könüllüləri” qrupu öz fəaliyyətini tək bayramlarda deyil, il ərzində müxtəlif xeyirxah təşəbbüslər çərçivəsində davam etdirir. Xeyriyyəçilik missiyasının tərkib hissəsi kimi “Azercell könüllüləri” mütəmadi şəkildə aztəminatlı ailələrə maddi və mənəvi dəstəklərini əsirgəmirlər, onlar daimi olaraq təşkilatın diqqətindədirlər.
Qalereya
Oxşar xəbərlər
"Azercell" 2022-ci il üzrə hesabatını açıqlayır - VİDEO
Ölkənin lider mobil operatoru yenilikləri Azərbaycana gətirməyə davam edir İnnovativ həllər vasitəsilə müştərilərinin gündəlik həyatını daha dolğun etməyə çalı...