"Azercell Könüllüləri" bayram günlərində növbəti xeyriyyə təşəbbüsünü həyata keçirdi

"Azercell Könüllüləri" Novruz və Ramazan bayramları münasibətilə ənənəvi xeyriyyə yarmarkasını həyata keçiriblər. Yarmarka çərçivəsində əldə olunan vəsaitlər sayəsində könüllülər Bakı və ətraf qəsəbələr, Sumqayıt, Goranboy, İsmayıllı, Qəbələ, Lənkəran, Gəncə, Ağdaş və Ağcabədidə yaşayan 120-dən çox ailəyə bayram sevinci yaşadıblar.
Builki təşəbbüsə "Azercell Telekom" MMC-nin əməkdaşları ilə yanaşı "Aztelekom" MMC-nin əməkdaşları da qoşulub. Ailələrin siyahısını yerli icra hakimiyyətləri və "Zəfər" İB təqdim edib.
Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən "Azercell Könüllüləri" təşəbbüsü mütəmadi şəkildə xeyriyyə aksiyaları təşkil edir.
Daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/
Oxşar xəbərlər
İnvestisiya imkanı artıq Yelo App-də!
ABŞ birjalarında səhm ticarəti ilə maraqlananlar üçün Yelo Bank-dan gözlənilən yenilik! Bank müştərilərinə əlavə qazanc fürsəti yaradır. Belə ki, Yelo App-də a...
