Azercell-in dəstəyi ilə şagirdlər "Info1Cup" proqramlaşdırma müsabiqəsinə qatılıblar
Yeniliklərdən dərhal xəbərdar olun
7-8 fevral tarixlərində Rumıniyada 10-cu "Info1Cup" proqramlaşdırma müsabiqəsi keçirilib.
16 ölkədən 189 şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı beynəlxalq müsabiqəyə Azərbaycan məktəbliləri onlayn formatda qoşulublar. Şagirdlər müsabiqədə yüksək nəticə göstərərək 1 qızıl, 3 gümüş və 2 bürünc olmaqla ümumilikdə 6 medal əldə ediblər.
Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Fateh Əhmədzadə müsabiqədə qızıl medal qazanıb. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Ömər Əliməmmədzadə, eləcə də Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Elay Verdiyev və Əkbər Əhmədov gümüş medala layiq görülüblər. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Atilla Mustafa və Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 10-cu sinif şagirdi Mərd Cəfərzadə isə müsabiqəni bürünc medalla başa vurublar.
Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərin beynəlxalq fənn olimpiadalarına və proqramlaşdırma müsabiqələrinə hazırlıq prosesi "Azercell Telekom" MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində ölkənin müxtəlif bölgə və paytaxt məktəblərini təmsil edən şagirdlər müxtəlif yaş qrupları üzrə beynəlxalq proqramlaşdırma yarışlarında ümumilikdə 114 medal qazanıblar.
Oxşar xəbərlər
"Nar" AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
Sərfəli mobil operator "Nar" Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi. "Nar"ın insan resursları depar...