Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirildi
Ölkənin lider mobil operatoru ISO 37001:2016 "Antikorrupsiya idarəetmə sistemi" standartları üzrə sertifikatını uğurla yeniləyib.
Azercell-in daxili siyasət və prosedurlarının ISO 37001:2016 standartına uyğunluğu, şirkətin fəaliyyətinin şəffaflıq prinsiplərinə əsaslandığı beynəlxalq ekspertlər tərəfindən bir daha təsdiqlənib. Sertifikatlaşma auditini 16 oktyabr 2024-cü il tarixində ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB-ın (ANSI National Accreditation Board) akkreditə etdiyi Türkiyənin Denetik Belgelendirme şirkəti həyata keçirib. Auditin nəticələri Azercell-in antikorrupsiya proqramının bütün tələblərinə cavab verdiyini bir daha sübut edib.
ISO 37001 korrupsiyaya qarşı mübarizə sahəsində qlobal səviyyədə tanınan yeganə standartdır və 2016-cı ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmışdır. Sertifikat Azercell-in antikorrupsiya fəaliyyətinə və şəffaflığın təmin edilməsinə yetirdiyi diqqəti, korrupsiyaya qarşı mübarizədə yerli qanunlara, beynəlxalq standartlara, habelə qabaqcıl təcrübələrə sadiqliyini təsdiq edir. Eyni zamanda, korrupsiyaya qarşı sıfır tolerantlıq prinsipi ilə fəaliyyət göstərən Azercell, tərəfdaşları ilə şəffaf və etibarlı işgüzar münasibətlər qurmaqla biznes etikası mədəniyyətinin inkişafına da töhfəsini verir.
Qeyd edək ki, 2020-ci ildən etibarən ISO 37001 standartına uyğunluq sertifikatına sahib olan Azercell, həmçinin yerli telekommunikasiya bazarında bu sertifikatlaşmadan uğurla keçən ilk şirkətdir.
Oxşar xəbərlər
Saloğlu-da Mebellər Fabrik Qiymətinə!
Saloğlu mebel Yeni ilə özəl bütün mebellər fabrik qiymətinə kampaniyasına başlayıb. Saloğludan mebel almaq arzusunda olan vətəndaşlarımız fabrik qiymətinə kamp...