Avrora Qrup Azərbaycanın ən böyük ixracatçıları siyahısındadır
Qeyri neft sektorunda ixracla məşğul olan və ölkəmizə valyuta gətirən Azərbaycan şirkətlərinin siyahısı açıqlanıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin paylaşdığı "İxrac icmalı"nın aprel siyahısında ixrac gücünə görə Avrora Qrup ilk sıralarda qərarlaşıb.
Şirkət 22-dən çox ölkəyə makaron və qənnadı, sərinləşdirici içkilər və xammal satışı həyata keçirib. Qeyd edək ki, milli brendlərimiz olan Doymak, Bizon, Berg, Harika və s. məhsullar əsasən Rusiya, Gürcüstan, Özbəkistan, Qazaxıstan, İsrail, Çin, Kanada, ABŞ, İngiltərə, BƏƏ, Ukrayna və s. bazarlarına satılıb.
Avrora Qrup ixrac imkanlarını genişləndirmək, ölkəmizi beynəlxalq arenada tanıtmaq üçün 2024-2025-ci illərdə "Worldfood Istanbul", Sial Paris, "Prodexpo Moscow", "Gulfood Dubai", "Anuga Koln" sərgilərində iştriak etmiş, yeni ixrac müqavilələri imzalamışdır.
Oxşar xəbərlər
Yelo Bank Aİ üzvlərinin yekdil qərarı ilə 23 iyul tarixində sanksiya siyahısından çıxarıldı
Yelo Bank Avropa İttifaqının sanksiya siyahısından rəsmi qaydada çıxarılıb. Avropa Komissiyasının Bank ilə bağlı sanksiya məsələsinə yenidən baxılma proseduru...