Avropanın ən böyük “kofeşop”u artıq Bakıda qapıları öz qonaqlarının üzünə açdı! - FOTO

Avropanın ən böyük “kofeşop”u artıq Bakıda qapıları öz qonaqlarının üzünə açdı! - FOTO
Foto
Promo 34

Avropanın ən böyük kofe şəbəkəsi və 12 il ardıcıl şəkildə “Böyük Britaniyanın ən sevimli kofe şəbəkəsi” seçilən “Costa Coffee” artıq Azərbaycandadır.

Belə ki, bu günlərdə paytaxtımızda möhtəşəm açılış mərasimi keçirilib. Mərasimdə qonaqlar, media nümayəndələri və bir çox məşhurlar iştirak ediblər.

Qəhvə həvəskarları indi qəhvənin möhtəşəm ətrindən həzz ala və bir an vaxt ayıraraq cəlbedici fincandan həzz ala bilərlər, çünki “Costa” ilk dəfədir qapılarını üzünüzə açır. Bu il üçün isə paytaxtımızda əlavə mağazaların açılması da planlaşdırılır.

“Costa Coffee” tanınmış beynəlxalq qəhvə brendi və qlobal kofe şəbəkəsidir. 1971-ci ildə Böyük Britaniyada italyan əsilli Kosta qardaşları Sergio və Bruno Kosta tərəfindən yaradılmışdır. İtalyan ənənələri və ingilis texnologiyalarının birləşməsi bütün dünyada “Costa Coffee” üçün əhəmiyyətli rəqabət üstünlüyü yaradır. Qeyd etmək lazımdır ki, “Costa Coffee” hazırda dünyanın 32-dən çox ölkəsində fəaliyyət göstərir və 5000-dən çox “kofeşop”un olduğu şəbəkəni idarə edir.

İlkin olaraq Bakının ən gur rayonunda - “Globus Center”də açılan “Costa Coffee” müştərilərə original təcrübə təklif edir. Buraya “Costa”nın “Mocha Italia” qarışığı ilə hazırlanmış, unikal həzzi təmin etmək üçün təzə südlə ustalıqla hazırlanmış içkilərin müxtəlif seçimi daxildir. Bütün bunların hamısı “Costa Coffee”nin qırmızı rəngli ikonik qəhvə fincanlarında təqdim olunur.

1995-ci ildə təsis edilən ISR şirkətlər qrupu mövcud olduğu illər ərzində geniş fəaliyyət spektri ilə ölkənin aparıcı holdinqlərindən birinə çevrilib. Holdinqin şirkətləri müxtəlif coğrafi regionlarda geniş yayılmış müxtəlif sektorlarda fəaliyyət göstərirlər. Holdinqin əhatə dairəsinə mehmanxana biznesi, daşınmaz əmlak, logistika, texnologiya, pərakəndə satış və s. kimi sahələr daxildir.

ISR şirkətlər qrupunun direktoru Rauf Xəlilovun sözlərinə görə, onların planı beş il ərzində Azərbaycanda “Costa Coffee” şəbəkəsini 30 “kofeşop”a qədər genişləndirmək və 200-dən çox insan üçün iş imkanları yaratmaqdır. 2023-cü ilin sonunadək “Costa Coffee” həmçinin Bakının daha üç məşhur ticarət mərkəzində - “Dəniz Mall”, “Nargiz Mall” və “Gənclik Mall”da filiallarını açmağa hazırlaşır.

“Costa Coffee” Avropanın ən böyük kofe zənciri olma xüsusiyyətini daşıyır.

Londonda əsası qoyulan və hazırda Avropanın ən böyük qəhvəxana zənciri sayılan “Costa Coffee” şöhrətini keyfiyyətə sadiqliyinə borcludur. “Costa”nın göstəriciləri durmadan artır və brend sektorda innovasiyalara təkan verməkdə mühüm rol oynayır. Brend mükəmməl qarışığı “Signature Mocha İtalia”nı tapmazdan əvvəl 112-dən çox qəhvə qarışığını sınaqdan keçirib. “Mocha Italia” qarışığının unikal dadını və ətrini yaratmaq üçün yalnız 100% “Rainforest Alliance” sertifikatına malik ən yaxşı qəhvə dənələrindən istifadə olunur.

Azərbaycanda müştərilər öz seçimlərinə uyğun müxtəlif çeşidli isti və buzlu qəhvə təkliflərini səbirsizliklə gözləyə bilərlər. “Costa Coffee” bundan başqa bir sıra yerli təamların dadlarına uyğun məhsullar da təklif edir ki, bunlar da Azərbaycandakı müştəriləri valeh edəcək.

Son xəbərlər