"Apple Pay" artıq "Yelo Bank"da!

Apple Pay artıq Yelo Bankda!
Promo 28

"Yelo Bank" ASC müştəriləri üçün innovativ həlləri tətbiq etməyə davam edir. Bank bu dəfə kart müştərilərinə "Apple Pay" təmassız ödəmə üsulunu əlçatan etdi. Bunun üçün "iPhone" smartfonunu, "Apple Watch" saatını və yaxud "iPad" planşetini ödəmə terminalına yaxınlaşdırmaq kifayətdir. "Apple Pay" ilə təmassız ödəmə nişanı olan istənilən market, aptek, taksi, kafe, restoran, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür.

"Apple Pay"in əsas üstünlüyü onun təhlükəsizliyi və məxfiliyindədir. Bu üsulla həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi ödənişi "Face ID", "Touch ID" və yaxud cihazın parolu ilə təsdiq etməlidir. "Apple Pay"ə əlavə edilmiş kart məlumatları nə cihazda, nə də "Apple" serverlərində saxlanılmır. Əvəzində karta unikal cihaz qeydiyyat nömrəsi verilərək şifrələnir və cihazın yüksək standartlara cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz element” çipində əminliklə saxlanılır.

"Yelo kart"ı "Apple Pay"də aktivləşdirmək çox asandır:

"Yelo" mobil tətbiqinə daxil olub, istədiyiniz kartı seçin;

“Apple Wallet”ə əlavə etmək üçün müvafiq təlimatları yerinə yetirin.

Prosesi yekunlaşdırdıqda seçdiyiniz kartı "iPhone", "Apple Watch", "iPad", "Mac" cihazları vasitəsilə "Apple Pay" ödənişlərində istifadə edə biləcəksiniz.

"Apple Pay" xidmətinə qoşulmuş Yelo kart sahibləri Bankın təklif etdiyi cashback və endirimlərdən faydalanmağa davam edə biləcəklər.

"Yelo" mobil tətbiqini yükləmək üçün https://bit.ly/ylapple və Apple Pay haqqında daha ətraflı məlumat üçün https://bit.ly/yaplpay linklərinə keçid edə bilərsiniz.

Bank xidmətləri, həmçinin məzənnə haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

"Yelo Bank" – Parlaq bankçılıq!

Oxşar xəbərlər

Google Pay™ Yelo Bank-da!

Google Pay™ Yelo Bank-da!

Müştərilərilərinə hər zaman innovativ həllər təklif edən Yelo Bank Google Pay təmassız ödəniş xidmətini istifadəyə verib. Artıq üzərinizdə nağd pul və ya kart d...

3 Promo 13:29 05 sentyabr 2022

Son xəbərlər