"A-Kond 1" Azərbaycan ordusuna 100 min manat ayırdı

A-Kond 1 Azərbaycan ordusuna 100 min manat ayırdı
Promo 3

"A-Kond 1" QSC Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərlərdə Ordumuza, onun uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb, həmçinin şirkətin bütün kollektivi oktyabr ayı üzrə əmək haqlarının böyük hissəsini Ordumuza ianə edib.

Fond ölkə Prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi ölkənin etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir. Qeyd edək ki, “A-kond 1” QSC şirkəti 2008-ci ildən Azərbaycanda fəaliyyət göstərən yerli şirkətdir. Şirkət mexanika, elektrik və santexnika sahəsində mühəndislik, təchizat və quraşdırma işləri ilə məşğul olur, bununla yanaşı, “Hisense” və “Hitachi” brendlərinin Azərbaycandakı rəsmi distribüteridir. Müəssisə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “PMD Projects” MMC, “PAŞA Holdinq” MMC, “Technip FMC”, “Technimont”, “Tecnicas Reunidas” və sair bir çox yerli və xarici firmaların layihələrini icra edir və onlarla sıx əməkdaşlıq edir.

Son xəbərlər