6 ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub
Xidmət yarımillik hesabatını açıqladı
Azercell, UNICEF Azərbaycan və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin birgə əməkdaşlığı çərçivəsidə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidməti 2023-cü ilin ilk 6 ayını əhatə edən hesabatını açıqlayıb. Müxtəlif çətinliklərlə üzləşən, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək vermək məqsədi daşıyan “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə sözügedən dövr ərzində ümumilikdə 2300-ə yaxın zəng daxil olub.
Uşaq qaynar xəttinə daxil olan müraciətlərin böyük hissəsi, 700-ə yaxın zəng, hüquqi prosedurları əhatə edib. Təhsillə bağlı 636, psixoloji problemlərə dair 610, sosial məsələlərlə bağlı 170, səhiyyə ilə bağlı 100-ə yaxın müraciət daxil olub. Zənglərin qalan hissəsi digər sahələrə aiddir.
Statistikaya əsasən müraciətlərin 51% qadın, 48% kişilər tərəfdən edilib, 1% isə anonim şəkildə qəbul olunub. 2023-cü ilin yanvar-iyun ayları ərzində müraciətinin araşdırılması zəruri olan 85 ailə mərkəzə dəvət olunub, problemlərindən asılı olaraq onlara hüquqi, psixoloji və psixososial yardım göstərilib, uşaqlarla isə 152 sosial-psixoloji reabilitasiya işi həyata keçirilib. Birbaşa AUQX çərçivəsində həll edilməsi mümkün olmayan müraciətlər AUQX xidməti tərəfindən müvafiq dövlət qurumları və qeyri-hökümət təşkilatlarına yönləndirilib.
2010-cu ildən Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti fəaliyyətini 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 nömrələri, elektron poçt, internet səhifəsi, Facebook və Instagram sosial şəbəkələri, İOS və Android sistemləri üçün nəzərdə tutulmuş mobil əlavə vasitəsilə həyata keçirir, 24/7 rejimində gündəlik mövzulardan tutmuş, zorakılıq və qısnama (bullying) kimi ciddi məsələlərlə bağlı geniş spektrdə dəstək verir.
Oxşar xəbərlər
"Azercell" 2022-ci il üzrə hesabatını açıqlayır - VİDEO
Ölkənin lider mobil operatoru yenilikləri Azərbaycana gətirməyə davam edir İnnovativ həllər vasitəsilə müştərilərinin gündəlik həyatını daha dolğun etməyə çalı...