“17 illik təcrübə ilə müştəri tapşırıqlarına məhsul yanaşması”

“17 illik təcrübə ilə müştəri tapşırıqlarına məhsul yanaşması”
Promo 11

Bu gün “SAFAROFF” agentliyi portfoliosunda dövlət qurumları və böyük korporativ sektora aid işlər olan böyük təcrübəli peşəkar komandadır.

Komanda on illərdə Heydər Əliyev Fondu, Prezident Administrasiyası, Asan Xidmət, İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, PASHA Holding, MilliON və digər nüfuzlu brendlər üçün böyük layihələri uğurla başa çatdırıb.

“SAFAROFF” ölkəmizdə kifayət qədər tanınmış agentlikdir və düşünürəm ki, təqdimata ehtiyacınız yoxdur. Geridə qoyduğumuz il üçün hansı nailiyyətləriniz barədə danışa bilərsiniz?

Təşəkkür edirəm. Şübhəsiz, nailiyyətlərimiz az deyil. İl ərzində hökumət layihələrimizin portfelini iki dəfə artırdıq və bununla da hökumət saytlarının hazırlanmasında lider olduq.

Bundan başqa paytaxt muzeyləri üçün bir sıra interaktiv həllər hazırladıq. Yeri gəlmişkən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Samsung Azerbaijan ilə bu yay həyata keçirdiyimiz “Sənət kainatına səyahət” layihəsi barədə də məlumat vermək istərdim.

Bu layihə çərçivəsində biz Azərbaycanın Milli İncəsənət Muzeyində sərgilənən dünya mədəniyyətinin incilərini Samsung Galaxy S21 Ultra smartfonu ilə çəkdik və yekunda 4K keyfiyyətində 1 saatlıq film hazırladıq.

Beynəlxalq layihələrimiz də oldu. JIRA (Atlassian) məhsulu üçün müştərilərə xidmət sahəsində yeni bir istiqamət hazırladıq.

Bəs pandemiya ümumilikdə sizin sahənizə necə təsir etdi?

Təbii ki, neqativ məqamlar oldu. Amma bizim fəaliyyətimiz rəqəmsal texnologiyalarla bağlı olduğu üçün çox rahatlıqla prosedurlarımızı yeniləyərək online iş rejiminə adoptasiya etdik və bu bizim işimizin keyfiyyətinə zərrə qədər də təsir etmədi. Pandemiyanın müsbət tərəfi isə, outstaffing istiqaməti üzrə yeni əməkdaşlıqlar qazanmağımız oldu.

Böyük şirkətlər bu istiqamət üzərində bizə konkret tapşırıq üçün yox, məhz mütəxəssislər üçün müraciət edirlər. Çox qısa müddət ərzində bu istiqamət üzrə də mütəxəssislərimizin sayını çoxaltdıq və hal-hazırda xidmətin inkişafını müşahidə edirik.

Çingiz, sizcə, niyə müştərilər belə böyük rəqabətin olmasına baxmayaraq, məhz SAFAROFF ilə əməkdaşlıq etməlidirlər?

Bizi fərqləndirən əsas xüsusiyyət layihələrimizi məhsul yanaşması üzərində qurmamızdır. Biz məhsulumuz üçün “mübarizə aparırıq”, onu inkişaf etdirmək və təkmilləşdirmək üsullarını çox yaxşı bilirik. Bu da öz növbəsində bizim qiymət siyasətimizi müəyyən edir.

Haqqınızda bazarda belə bir fikir formalaşıb, “onlar çox peşəkardırlar, amma həm də baha…”

Peşəkarlığımız barədə eşitmək çox xoşdur, amma büdcə məsələsində isə mənzərə başqadır. Biz müştərilərimiz üçün büdcə hazırlayarkən layihənin bütün imkanlarını, risklərini nəzərə alır və yekun büdcə təqdim edirik.

Digər komandalar isə aşağı büdcə təqdim etməklə gələcəkdə müştəridən əlavə ödənişlər əldə etmək niyyəti ilə işə başlayırlar. Hesab edirəm bu həm qeyri-professional, həm də qeyri-etik yanaşmadır.

Bəs ilin sonuna hansı hədəfləriniz və planlarınız var?

Əsas hədəflərimiz SMM və outstaffing istiqamətlərinin inkişafı və yeni müştərilərin cəlb edilməsi ilə bağlıdır. Pandemiya məhdudiyyətlərinə baxmayaraq, SMM və SEO sahəsində peşəkar mütəxəssisləri cəlb edərək komandamızı genişləndirməyə nail olduq və “Bakcell”, “TKTA”, “Go Sport” kimi brendlərlə uğurlu layihələr həyata keçirdik.

Onu da qeyd edim ki, rəqəmsal-marketinq istiqaməti üzrə yeni, “reputasiyanın idarə edilməsi” xidmətini də təqdim etməyə başlamışıq.

Mütəxəssislərimiz brendlər üçün sosial şəbəkələrdə monitorinqlər təşkil edir, neqativ şərhləri neytrallaşdırır, eyni zamanda rəqiblərin və onların fəaliyyətini monitorinq etməklə brendin reputasiyasını idarə edir.

Bu fəaliyyət artıq brendlər üçün bir zəruriyyətə çevrilib. Sosial mediada səsləndirilən hər bir fikir, yalan və böhtan olsa da belə, brendin inkişafında çox mühüm rol oynayır. Şirkətlərin yalnız satış üçün deyil, loyallıq uğrunda rəqabət apardıqları bir bazarda, müştərilər etibar etdikləri markalara üstünlük verirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər