SİZİN REKLAM BURADA!
055 213 76 73


İndividiuallığı ilə öyünən və özünəməxsus stili ilə seçilən zaman ovçuları vaxtlarını daha ağıllı sərf etməyə üstünlük verirlər. Bu missiyanı həyata keçirmək üçün isə onlara hər zaman dəstək verən müasir texnoloji həllər mövcuddur. Onlar sırasında ən etibarlı və vacib aksesuarlardan biri də məhz ağıllı qol saatlarıdır.

Böyük texnaloji brendlərdən biri olan HONOR ağıllı saat bazarında öz mövqeyini gücləndirməyə davam edir. Bir çoxlarının rəğbətini qazanan Magic Watch smart saatlarının ardından istehsalçı funksionallığı və dizaynı ilə göz oxşayan Magic Watch 2 modelini bazara təqdim edib.

Magic Watch 2 smart saatı xüsusiyyətləri, funksionallığı və dizaynı ilə smart saatlar bazarında ciddi rəqib hesab edilir. Beləki, saat yüksək sürətli işi təmin edən və eyni zamanda enerji sərfiyyatını minimuma endirən yeni KİRİN A1 prosessoru ilə təchiz edilib. 14 günədək enerji saxlama imkanı ilə yanaşı 4 Qbayt yaddaş həcmi saatın performansını daha da genişləndirir.

HONOR  Magic Watch 2 smart saatları vaxtı göstərməklə yanaşı həm də şəkillərin köməyi ilə Sizin individuallığınızı əks etdirir. Şəkilləriniz saatın yaddaşına həkk olunur və hər dəfə əlinizi hərəkət etdirib saata baxarkən xoş anlarınızı əks etdirən görüntülər bir birini əvəz edir. Saatın ekranının hər dəfə işıqlanmasını gözləməyə isə ehtiyac yoxdur, AMOLED ekran istənilən zaman məlumatları göz önünə gətirir.

Diametri 46mm və 42mm olmaqla 4 fərqli dizaynda olan saatın korpusu aviasiya sənayesində geniş istifadə edilən paslanmayan yüksək keyfiyyətli poladdan hazırlanıb və mexaniki zədələrə qarşı dözümlüdür. Bu isə fəal həyat tərzi olan istifadəçilər üçün vacib xüsusiyyətdir. Addımlayarkən, qaçarkən və ya velosipedlə hərəkətiniz zamanı ikili naviqasiya sisteminin köməyi ilə HONOR  Magic Watch 2 sürətinizi dəqiqliklə qeydə alır. Qaçış əlavəsini yükləməklə səsli dəstək funksiyası real vaxt ərzində məşqinizi nəzarətdə saxlamağa imkan verir.

 50 metr dərinlikdə suya davamlılığı bu saatı üzgüçülərin də seçiminə çevirir. Siz üzərkən HONOR  Magic Watch 2 məsafəni, kalorini, sürəti və nəbzi nəzarətdə saxlayır. İdmanı musiqisiz təsəvvür etməyənlər isə heç narahat olmasınlar. Saatı HONOR Sport Pro qulaqlıqlar ilə əlaqələndirərək istədiyiniz musiqini smartfondan istifadə etmədən biləyinizdəki HONOR  Magic Watch 2 ilə idarə edə biləcəksiniz. Telefonunuza gələn zəngləri saatla cavablandırmaq isə bir toxunuş qədər asandır.

 Bundan əlavə HUAWEI TruSleep2.0 texnalogiyasına sahib olan bu cihaz yuxu rejiminizi təqib edərək Sizə yuxu keyfiyyətinin artırılması üçün fərqli təkliflər verir. Stres səviyyənizi ölçən saat hətda yüksək stres vəziyətlərində belə Sizə stresi azaldan idman hərəkətləri tövsiyyə edir. Bir sözlə, Sizə özəl innovasiya vəd edən HONOR  Magic Watch 2 smart saatlarının özəllikləri tükənmək bilmir.

 Artıq Azərbaycan bazarında satışa çıxarılan HONOR Magic Watch 2 smart saatları İrşad electronics mağazalarının vitrinlərində öz yerini alıb. Saata sahib olmaq istəyən hər kəs tək mağazalardan deyil eyni zamanda sayt vasitəsilə onu onlayn sifariş etməklə ilkin ödənişsiz, faizsiz və komissiyasız olmaqla hissəli ödəniş şərti ilə əldə edə bilərlər.

İrşad Electronics ölkə üzrə 30-dan artıq mağazaya malik mobil telefon, elektrotexnika və məişət avadanlıqları satışı şəbəkəsidir. Şirkət HONOR brendinin Azərbaycanda eksklüziv distribüteridir. 

BAKU.WS
QALEREYA