SİZİN REKLAM BURADA!
055 213 76 73


Müstəqil Sənayeçi İşadamları Dərnəyinin (MÜSİAD Azərbaycan ) təşkilatçılığı ilə ənənəvi “Ərəfə Çiçəkləri” günü keçirilib.

Bu barədə BAKU.WS-ə MÜSİAD Azərbaycandan bildirilib.

“Ərəfə Çiçəkləri” günü çərçivəsində aztəminatlı ailələrin uşaqlarına və valideyn qayğısından məhrum qalan uşaqlara bayram paltarları alınıb.

Hər il olduğu kimi bu ildə MÜSİAD Azərbaycan üzvlərinin dəstəyi ilə ənənə davam etdirilib.

Məlumat üçün qeyd edək ki, Ərəfə Çiçəkləri Osmanlı İmperiyasından miras qalan görkəmli bir yardım mexanizmidir.

Bayram paltarlarını alan uşaqlar bayram gününü gözləmədən, sevinclə küçələrə axışdıqları üçün bu uşaqlara “Ərəfə Çiçəkləri” adı verilib.

Xatırladaq ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD-ın yaranmasından 34 il keçir.

BAKU.WS
QALEREYA