SİZİN REKLAM BURADA!
055 213 76 73


Diqqət etmisinizsə son vaxtlar dünya iqtisadiyyatındakı silkələnmələr ölkəmizə də təsir edib. Uzun müddət davam edən pandemiya sağlamlığımızla bağlı yenidən düşünməli olduğumuzu xatırlatmaqla yanaşı bəzi iqtisadi məsələlərə də yeni çağ gətirdi. Bizneslər kiçildikcə çarəni qiymət artımında tapdı.

Ümumiyyətlə inflyasiya qiymətlərə hər zaman mənfi təsir göstərir. Təbii qiymət artımından əlavə süni qiymət artımı da bazardakı qiymətlərin qeyri-adi formada şişməsinə gətirib çıxarır.

Marketlərdə müxtəlif kateqoriyalara görə məhsullar 10%-dən 35%-ə qədər qiymət artımına məruz qalmışdır. Dövlət statistika komitəsinin məlumatına görə, Azərbaycanda orta maaş 14,6%, qiymətlər isə 13,9% artmışdır. Son 4 il ərzində minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Lakin artan inflyasiya və süni qiymət şişirdilmələri əhalini çətinliyə salmağa davam edir. Bəzi ölkələr buna müxtəlif üsullarla müdaxilə etməyə çalışır. Məsələn, bu yaxınlarda Türkiyə dövlət səviyyəsində qiymətləri donduraraq əhalinin lazımı ehtiyat əldə etməsinə nail olmuşdur.

Bəs bununla vətəndaş olaraq necə mübarizə aparaq? İqtisadi rifah üçün hansı imkanlardan faydalanmaq olar?

Xərcləri səmərəli istifadə etmək üçün ən birinci addım nağdsız əməliyyatlara keçməkdir.

Alış-verişlərinizi nağdsız etsəniz, xırda pulları itirməyəcəksiniz. Böyük marketlərin ən böyük gəlirlərindən biri xırda nağd pulların toplanmasından əldə olunur. Nağdsız əməliyyatlar həm də hesabatlılıq baxımından əlverişlidir. Marketlərdə qazanclı alış veriş etmək üçün nağdsız alış-veriş kampaniyalarına qatıla bilərsiniz. Məsələn çox yaxında PashaPay-ın m10 tətbiqi Bravo Supermarketlərdə 5%-dək keşbek təqdim edirdi. Bu tətbiq digər bütün ödənişlərdə də keşbek təqdim edir.

Marketlərin loyallıq kampaniyalarına qoşulun

Hər zaman alış-veriş etdiyiniz market şəbəkəsinin loyallıq kartını əldə edərək, alış-verişlərinizdən bonus toplaya bilərsiniz. Alış-veriş məbləği nə qədər çox olarsa, bonus sayı da bir o qədər çox olacaq. Hər ay toplanmış bonuslarınızı alış-verişə çevirə bilərsiniz.

Qiymət artımını ƏDV ilə fürsətə çevirin

Qiymətində artım müşahidə edilən məhsullar sizin üçün daha çox ƏDV imkanı ola bilər. Odur ki, məhsulları alarkən ödədiyiniz əlavə dəyər vergisini geri qaytarın, balansınızda toplanmış məbləğlə növbəti alış verişinizi pulsuza gətirə bilərsiniz. Bankların təklif etdiyi "ƏDV geri al" xidməti vasitəsilə hər ay xərclədiyiniz məbləğin 10% qədəri geri qayıda bilər. Məsələn, Birbank keşbek kartı demək olar ölkənin bütün ödəmə məntəqələrində keşbek təklif edir. Alış-veriş kateqoriyanıza uyğun keşbek seçimi edərək istədiyiniz kateqoriyalardan daha çox keşbek əldə edə bilərsiniz.

Ümumiyyətlə iqtisadi yerdəyişmələrlə mübarizə etməyin ən yaxşı yolu daim müasir qalmaq və sərfəli xidmətlərdən faydalanmaqdır.

BAKU.WS
QALEREYA