SİZİN REKLAM BURADA!
055 213 76 73


Huavei Technologies Azərbaycan MMC 25 noyabr 2022-ci il tarixində Bakı Ali Neft Məktəbi ilə tərəfdaşlığını gücləndirərək Azərbaycanın rəqəmsal ekosistemini inkişaf etdirilməsi ilə bağlı tərəfdarlığını təsdiq etdi.

Huavei Azərbaycanın bəyanatına əsasən, İKT Akademiyası rəqəmsal iqtisadiyyata keçidi dəstəkləməklə birgə universitet propramlarını “texnoloji şirkətlərin reallığına çatdıracaq”.

Noyabr ayında fəaliyyətə başlayan İKT Akademiyası tələbələri “Huawei” şirkətinin məlumat bazasına, həmçinin “böyük verilənlər, bulud texnologiyaları, Əşyaların İnterneti, Süni İntellekt və 5G kimi müxtəlif sahələrdə ən son texnoloji yeniliklərə” çıxış ilə təmin edəcək.

Şirkət tərəfindən verilən məlumata görə, Azərbaycan universitetləri indi “Huawei-in  innovasiyaları və nou-hauları ilə əlaqədar ən üstün təcrübələrini özündə birləşdirən daha strukturlaşdırılmış və təkmilləşdirilmiş proqrama” çıxış əldə edəcəklər.

“Huavei Technologies Azərbaycan” MMC-nin Baş Direktoru cənab David Xu açılış nitqində “Bugünkü tərəfdaşlıq Huawei-in sənayenin tələblərini ödəmək üçün yüksək ixtisaslı, səriştəli İKT işçi qüvvəsinin mövcudluğu sahəsindəki boşluğu doldurmaqda ölkəyə dəstək olmaq üzrə güclü öhdəliyinin bir hissəsidir”,-deyə bildirmişdir.

“Mən daha çox kollec və universitetləri “Huawei” İKT Akademiyası Proqramına qoşulmağa dəvət etmək istəyirəm ki, birlikdə tələbələrin öyrəndiklərini daim təkamüldə olan İKT bazarının ehtiyaclarına uyğunlaşdıra bilək. İKT üzrə istedadların yetişdirilməsi sahəsində “Huawei” şirkətinin təcrübəsinə əsaslanaraq, İKT Akademiyası universitetlərə sistematik, texnoloji cəhətdən qabaqcıl, standartlaşdırılmış və praktik İKT mühit və kurs sistemini yaratmağa köməklik edir və tələbələrin müəssisə tələblərinə cavab verməsi imkanını yaradır”, - deyə o, əlavə etdi.

Bakı Ali Neft Məktəbinin Rektoru cənab Elmar Qasımov çıxışı zamanı anlaşma memorandumunun imzalanması haqqında danışdı və qeyd etdi: “Huawei İKT texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biridir, buna görə də Huawei şirkəti ilə Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumunun imzalanması bizim üçün əlamətdar bir hadisədir. Huawei şirkəti hər zaman universitetimizə və tələbələrimizə göstərdiyi xüsusi diqqət və qayğı ilə seçilir. Biz əminik ki, Bakı Ali Neft Məktəbində İKT Akademiyasının yaradılması çərçivəsində əməkdaşlığımız səmərəli nəticələr verəcək”, - deyə bildirdi.

Fəaliyyətə başladığı gündən Huawei İKT Akademiyası Azərbaycanın aparıcı universitetlərindən minlərlə həvəskar və tələbəni cəlb edib.

Bu layihə universitetlər, müstəqil kolleclər və qeyri-kommersiya dövlət təhsil müəssisələrinə şamil olunur. Bu rəqəmsal cəmiyyətdə İKT texnologiyaları müxtəlif peşələrə böyük təsir göstərir və fənlərarası tələblərin artmasına səbəb olur.

Bu layihə çərçivəsində əməkdaşlıq edən universitetlər Huawei-in İKT texnologiyaları və kurslarını təqdim edir, tələbələri Huawei sertifikatlarını almağa həvəsləndirir və dünya və İKT sənayesi zənciri üçün praktiki bacarıqlara malik peşəkarlar yetişdirir. Şirkətin paylaşdığı məlumata əsasən indiyədək Huawei 2000-dən çox universitet və 8000 müəllimlə əməkdaşlıq edərək, hər il bütün dünya üzrə 150 000-dən çox tələbəyə dəstək göstərir.

Müəssisələrin tələbi ilə ixtisaslı kadr təchizatı arasındakı fərqi aradan qaldırmaqla, Huavei Azərbaycan Huawei İKT Akademiyası vasitəsilə texnoloji təhsil standartını müəyyən etməyə və ölkənin İKT sənayesinin davamlı inkişafını dəstəkləmək üçün daha çox texniki və yararlı bacarıqlar, daha qabaqcıl texnologiyalar təmin etməyə və innovasiya və sahibkarlığa daha çox dəstək göstərməyə ümid edir.

BAKU.WS