SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtda yaşayırsınızsa və şəxsi avtomobiliniz yoxdursa, deməli mütləq taksilərdən istifadə edirsiniz. Bakı kimi böyük şəhərdə taksi istifadə etməmək mümkün deyil. Dövlət Statistika Komitəsinin 2021-ci il üzrə olan məlumatına görə, bir öncəki il ilə müqayisədə taksi sərnişindaşınması təxminən 2 dəfə artıb. Belə ki, 2020-ci ildə 44,933 min gediş gerçəkləşmişdisə, 2021-ci il üzrə statistika 86,944 min gediş qeydə alınıb.

Təəccüblü deyil ki, dünyanın tanınmış taksi şirkətləri artıq uzun müddətdir ki, paytaxtda fəaliyyət göstərir. Xidmət səviyyəsi rəqabətin artması ilə müəyyən səviyyəyə qədər qalxıb.

Taksi xidmətlərində ən çox yaşanan problem

Xidmət səviyyəsinin yüksəlməsindən danışdıq, lakin taksi xidmətlərində şirkətlərdən və xidmətdən qaynaqlanmayan bəzi problemlər var.

Taksi istifadə edənlər bilir ki, nağdsız ödəmə taksi sürücüləri üçün qorxulu yuxudur. Bəzən tələsdiyimiz üçün taksi sifariş edirik, sürücü isə zəng edərək ödənişin kartla yoxsa nağd olduğunu soruşur və kartla olduğunu öyrəndiyi halda sifarişi ləğv etməyimizi istəyir. Həm gecikirik, həm də əsəbləşirik. Sürücülər bunu nağdsız ödənişin pulunu gec əldə etmələri ilə izah edir. Sürücülər bank hesablarındakı vəsaiti nağdlaşdırdıqları zaman təxminən 15% komissiya tutulmasını də əsaslı səbəblərdən biri kimi göstərir. Taksi şirkətləri isə bu problemə hələ ki, heç bir həll təklif etmir.

İstifadəçilər isə həm zaman itirməmək üçün, həm də nağd ödənişlərdəki qalıqları özlərində saxlamaq üçün əksər hallarda nağdsız ödənişlərə üstünlük verirlər. Nağdsız ödənişlər aylıq büdcə hesabatı üçün də əlverişlidir, çıxarışı bir toxunuşda edə bilirsən.

Problemi necə həll etmək olar?

Şirkətlər hazırda çalışsalar da, bu məsələnin hər iki tərəfi məmnun edən həllini hələ tapa bilməyiblər. Maliyyə texnologiyası dünyası inkişaf etdiyi üçün bu kimi problemlərin həllini də gətirir. Belə ki, artıq elektron pulqabları və ani köçürmə xidmətləri ilə bir anda pulu bir hesabdan digərinə köçürmək olur. Bunun üçün heç kartın olmasında da ehtiyac yoxdur. Ölkəmizdə belə xidmətlərə ən yaxşı nümunə PashaPay-in təqdim etdiyi m10 tətbiqidir. İstənilən məbləği tam komissiyasız və saniyələr içində digər m10 istifdaçisinə göndərə və ya qəbul etdiyiniz pulu tam komissiyasız nağdlaşdıra bilərsiniz. Beləliklə, taksi sürücüləri ilə tez-tez yaşanan problemi həll etmiş olursunuz.

BAKU.WS