Azercell-dən açıqlama

Azərbaycandan kənarda “Azercell” sistemlərinə qoşulmalar müvəqqəti məhdudlaşdırılır.
BAKU.WS xəbər verir ki, bu haqda “Azercell”in açıqlamasında bildirilib.
"Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin məlumatına görə, Azərbaycanın elektron informasiya resurslarına qarşı genişmiqyaslı kiberhücumlar hazırlanıb.
Müvafiq dövlət qurumunun bu xəbərdarlığını nəzərə alaraq, “Azercell Telekom” MMC Respublikamızın hüdudlarından kənarda “Azercell” sistemlərinə qoşulmaları müvəqqəti olaraq məhdudlaşdırır.
Bu səbəbdən də xaricdə olan Azercell abunəçiləri “Kabinetim” proqramına, internet səhifəmizə və digər elektron resurslarımıza rominq üzərindən mobil internet vasitəsilə qoşula biləcəklər," - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Azercell - “Sənə yaxın gələcək”
Lider mobil operator 2021-ci ildəki fəaliyyət dövrünün hesabatını açıqlayır. Azərbaycanda ən son texnoloji trendləri tətbiq edərək rəqəmsallaşmanı hər bir istif...