SİZİN REKLAM BURADA!
055 213 76 73


HUAWEI nova modelləri artıq altı ildir ki, gənc nəsil üçün flaqman smartfon kimi hazırlanır. Nova sözü, latın dilində “yeni” mənasını verən tək sifət olan ‘novus’ sözündən götürülmüşdür.

O, gəncliyi, həyat enerjisini və güvəni təmsil edir. Maraqlısı da budur ki, innovasiya ifadəsinin tərkibində də “Nova” sözü var.

Modelin özünə gəlincə isə onu 3 sözlə xarakterizə edə bilərik: innovativ, dəbli və fərqli.

İnnovasiya HUAWEI nova modellərinin əsasını təşkil edir. HUAWEI nova modelləri yarandığı ilk gündən, 2016-cı ildən bəri Huawei-nin təklif etdiyi dizayn, kamera, sürətli enerji doldurma həlləri, proqramlar və s. daxil olmaqla ən yaxşı texnologiyalarını təqdim edib.

Huawei nova modelləri dəbli və tanınandır, üzərindəki nova ticarət nişanı ilə seçilir və cəlbedici rənglərə, dizayna malikdir. Həmçinin görünüşü ilə istifadəçiləri özünə cəlb edən və daha çox əyləncə yaşadan bu məhsulu istifadə edənlər unikal “nova” üslubunu sevənlərdir.

Növbəti sırada: HUAWEI nova 9

Digər yeni Huawei smartfonlarında olduğu kimi HUAWEI nova 9 modelinin də eyni dizayn, kamera texnologiyası və ağıllı xüsusiyyətlərə malik olacağından əmin ola bilərsiniz.

HUAWEI nova 9-u istək siyahınızın ən üst hissəsində yerləşdirməyiniz üçün beş səbəb.

İnanılmaz 120Hz Orijinal Rəngli Maili Display

6,57 düym dioqanala malik olan və 120Hz Orijinal Rəngli Maili Displey, ekranda orijinala yaxın görüntü təqdim etmək üçün 1,07 milyard rəng göstərməyə qadirdir. 120Hz-ə qədər, bir çox digər qabaqcıl cihazlar kimi, HUAWEI nova 9-un yenilənmə sürəti veb səhifələrə baxmaq və ya sadəcə proqramlar üzərində keçid etmək kimi sadə tapşırığı ipək kimi hamar hərəkətlərlə fantastik təcrübəyə çevirir.

Foto və video çəkilişlər üçün Ultra görüntülü Al Quad Kamera

Sosial media fenomeni olmaq istəyirsiniz? O zaman çoxfunksiyalı və  hər zaman yanınızda olan keyfiyyətli kameraya ehtiyacınız olacaq. HUAWEI nova 9 bunun üçün əla seçimdir. Huawei smartfonu 50 MP ultra görüntülü əsas kamera ilə birlikdə Ultra Vision AI Quad Kamera sistemi ilə təchiz olunmuşdur. Arxa kamera sistemi AI High-Res Shot, ultra geniş bucaqlı video çəkiliş, cüzi işıqda aydın görüntü, 4K-ya qədər video çəkilişi və s. dəstəkləyir.

Həmçinin arxa kamera sistemi RYYB rəng filtri oxu və XD Fusion Engine (mühərrik) kimi bəzi mükəmməl Huawei fotoqrafiya texnologiyalarını dəstəkləyir. İnnovativ RYYB sensoru kameraya hazırda bir çox smartfonda mövcud olan RGGB sensorlarından 40 faiz daha çox işıq qəbul etməyə və daha aydın gecə çəkilişləri etməyə imkan verir. Eyni zamanda, XD Fusion Engine (mühərrik) şəkillərinizin daha keyfiyyətli şəkildə ərsəyə gəlməsi üçün onların detallarını incələyərək bir sıra mürəkkəb prosseslərdən keçirir. Bu funksiyalar eksklüziv olaraq Huawei flaqman smartfonlarına şamil olunur, HUAWEI nova 9 isə sizə bu funksiyaları daha münasib qiymətə istifadə etməyə şərait yaradır.

Lakin kameranın imkanları təkcə bunlarla bitmir. Böyük 1/2,8 düymlük sensorla təchiz edilmiş 32 meqapiksellik selfi kamerası ən yaxşı şəkillərinizi çəkmək üçün lazım olan hər şeyə malikdir, o, həmçinin 4K selfi-videonu da dəstəkləyir. İstifadəçilər üçün digər yeni xüsusiyyət, hər iki perspektivi eyni anda çəkmək üçün, hər iki tərəfdəki kameralardan istifadə etməyə imkan verən davamlı Ön/Arxa çəkimidir. HUAWEI nova 9 sizə hər zaman sabit videolar çəkməyə imkan verir, sosial mediada ulduz olmaq üçün sizə lazım olan isə  yalnız kreativlikdir.

O, həmçinin sRGB-dən 25 faiz daha geniş olan Full-Path P3 Rəngini dəstəkləyir. Bu, daha geniş rəng sahəsinin əhatə olunmasını mümkün edir və ya sadə dillə desək, o, kameralarınızın çəkdiyi canlı rəngləri maksimum dərəcədə çəkməyə və göstərməyə qadirdir. 

Uzunmüddətli batareya ömrü

Hazırda bir çox güclü smartfonlar mövcuddur, amma onların az qismi uzun müddət davam edən batareya ömrünə malikdir.

HUAWEI nova 9 4300mAh batareya və 66W HUAWEI SuperCharge ilə enerji doldurması və batareya ömrü ilə bağlı məsələləri həll etməyə yönəlmişdir. Yüksək Effektivli Tək Nüvəli batareya və Huawei-nin AI Power Saving texnologiyası sayəsində nova 9, uzunmüddətli batareya ömrünə sahib ola bilər. Eyni zamanda, onun ən yaxşı sənaye standartlarına uyğun təchiz olunması ona əvvəllər iki hüceyrəli batareyalarla mümkün olan tezliklərdə sürətli doldurmağa imkan verir, çünki o, yüksək səviyyəli performans üçün daxili batareya boşalmasını effektiv şəkildə minimuma endirir. Huawei laboratoriya test nəticələri göstərir ki, batareya cəmi 38 dəqiqədə tam dolur.

Mobil oyun həvəskarları üçün üstünlüklər

Oyunlar oynamağı sevirsinizsə, HUAWEI nova 9 sizin üçün ən yaxşı seçim ola bilər. Smartfon yeni Huawei həlli 300Hz Multi-Touch, Piksel Səviyyə Korreksiyası, Ultra High Resolution Touch texnologiyası, xüsusilə də oyun ssenariləri ilə bağlı toxunma həssaslığı, sabitliyi və dəqiqliyi kimi bir sıra optimallaşdırmalar təqdim edən Touch Turbo-nu dəstəkləyir.

O, göstərişlərinizə sürətli reaksiya verə bilər və reaksiya vaxtlarınızın rəqiblərinizin nəticələrini müəyyən etdiyi "first person shooters" tipli oyunlardaistifadə üçün əlverişlidir. Yaxud yüksək miqyaslı silahdan istifadə etdiyiniz zaman bu, hədəfə daha dəqiq və sabit istiqamətlənməyinizə kömək edir. HUAWEI nova 9 ilə siz kəskin sarsıdıcı zərbə reaksiyaları tələb olunduqda həmişə birinci olacaqsınız.

Fantastik dizayn

Son HUAWEI nova 9-un elegant dizaynlı və cəmi 175 qr çəkisi olan yüngül korpusunu diqqətinizə çatdırmaq istəyirik. Korpusun həm ön həm də arxa tərəfləri bir qədər mailidir, bu da onu daha incə və əldə tutmaq üçün daha rahat edir.

Bu, digər smartfonlarda rast gəlinən darıxdırıcı tək rəng dizaynlardan fərqlidir. Yeni ulduz mavisi rəngi ona xoş tekstura və barmaq izinə qarşı xüsusiyyətlər verən Starry Flash AG Şüşə texnologiyası ilə istehsal olunur. Diqqət cəlb etmək istəyirsiniz? Sadəcə HUAWEI nova 9-u əlinizdə tutun.

AppGallery xüsusiyyətləri

Sizin maneəsiz istənilən oyunları oynaya bilməyiniz üçün Huawei App Gallery səylə çalışır. Son bir il ərzində AppGallery HMS (Huawei Mobile Services) əsas alətlər dəsti ilə təcrübənizi yüksək səviyyəyə çatdırmaq üçün çoxsaylı təkmilləşdirmələr təqdim etdi.

HUAWEI nova 9 istifadəçiləri tətbiqləri AppGallery vasitəsilə yüklədikdə bir çox premium, təkmilləşdirilmiş və intuitiv funksiyalar əldə edə bilərlər. Ən son HMS Core alətlər dəsti ilə inteqrasiya olunmuş 141.000-dən çox proqramdan zövq alacaqsınız.

Özünüzü həvəskar fotoqraf yaxud selfi həvəskarı hesab edirsiniz? HMS Core 6.0-nın təkmilləşdirilmiş Kamera alətlər  dəsti ilə AppGallery-dəki ən son proqramlar Sensor HDR, bokeh effektləri, görüntü sabitləşdirmə, AI Film rejimi və s. kimi AI dəstəkli fotoqrafiya imkanları ilə təchiz olunub. Alətlər dəstinin yenilənmiş funksiyaları və nova 9-un aparat imkanları vasitəsilə hər kəs  mükəmməl kadrlar çəkə bilər.

AppGallery və HMS Core ilə premium məzmun və xidmətlər indi əlçatandır. HUAWEI nova 9 ilə bu günə qədərə sınaqdan keçirmədiyiniz yüksək səviyyəli smartfon təcrübəsi yaşayın.

Martın 14-nə qədər HUAWEI nova 9 smartfonunu Azərbaycanda HUAWEI-in rəsmi tərəfdaşları olan Baku Electronics, Kontakt Home, Optimal və Soliton mağazalarından öncədən sifariş edin və HUAWEI Band 6 ağıllı qolbaqını və HUAWEI FreeBuds 4i qulaqlıqlarını HƏDIYYƏ qazanın.

Məhsul haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edin:

https://consumer.huawei.com/az/phones/nova9/

BAKU.WS