Müştərilərinin ehtiyac və istəklərinə daim önəm verən Bank BTB möhtəşəm “Yeni il” kampaniyasını təqdim edir. Yeni ilin sehirli ab-havasını yaşamaq üçün səyahət, yeni biznes, təmir və digər planları gerçəkləşdirməyin tam zamanıdır.

Belə ki, kredit əldə etmək istəyən şəxslər bankın təqdim etdiyi kampaniya çərçivəsində bütün növ kreditlərdən faydalana bilərlər.

Beləliklə, illik 13.99%-dən başlayan 48 ay müddətinədək 30.000 AZN-dək Nağd pul krediti təklif olunur. Bundan əlavə, KOB (kiçik və orta biznes) kreditləri illik 14.99%-dən və Mikro kreditlər illik 16.99%-dən başlayaraq təqdim edilir.

Bunu da qeyd edək ki, təqdim edilən kreditlərdə sığorta komissiyası yoxdur, rəsmiləşdirmə komissiyası  isə 0%-dən başlayır.

Nəzərinizə çatdıraq ki, “Yeni il” kampaniyası dekabrın 30-dək davam edəcək, odur ki, Bank BTB ilə arzularınıza yaxın olun.

Kampaniyadan yararlanmaq istəyən şəxslər vaxt itirmədən Bank BTB-nin filial şəbəkəsinə və ya bankın onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946)  nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

BAKU.WS