SİZİN REKLAM BURADA!
055 213 76 73


TUT.AZ-da həftə ərzində elan yerləşdirən və nəğd 100 AZN qazanan şəxsin kimliyi açıqlanıb.

BAKU.WS xəbər verir ki, 3 elan yerləşdirərək kampaniyada iştirak edib 100 AZN qazanan bu dəfəki şanslı şəxs Elmira Quliyevadır. Kampaniya haqqında təəssüratlarını bölüşən iştirakçımız digər istifadəçiləri də müsabiqəyə qoşularaq qalib olmağa səslədi:

“Kampaniya haqqında qızımın rəfiqəsi bizə məlumat verdi. Dedi ki, "TUT.AZ saytına elan yerləşdirirsən, kampaniyada iştirak edib uduş əldə edirsən". Mən də 7 gün qızımla bərabər ora elan yerləşdirdim. Artıq 8-ci gün qalib oldum.

Həqiqətən, çox sevindim. Buna görə də hər birinizə təşəkkür edirəm. İlk dəfədir ki, belə müsabiqədə iştirak edirəm. Qalib olacağıma inanmırdım. Çox həyəcanlandım. İstəyərəm ki, bütün istifadəçilər də qoşulsunlar və qalib olsunlar”.

Qeyd edək ki, müsabiqədə həftə ərzində ən azı 3 (təkrar olmayan) elan yerləşdirən istifadəçilər iştirak edə bilər. Seçim random üsulu ilə aparılır, bu zaman eyni istifadəçinin yerləşdirdiyi hər 3-cü elan nəzərə alınır.

Müsabiqə 22-28 noyabr tarixləri arasında baş tutub. Yarışma haqqında son məlumatlar daim "Instagram" səhifəsində yenilənir.

Xatırladaq ki, eyni müsabiqə eyni şərtlərlə 29 noyabr-05 dekabr tarixlərində də keçiriləcək və istifadəçilər üçün hədiyyə qazanmaq imkanı yaranacaq.

BAKU.WS
VİDEO