SİZİN REKLAM BURADA!
055 213 76 73


TUT.AZ-da həftə ərzində elan yerləşdirən və nəğd 100 AZN qazanan şəxsin kimliyi açıqlanıb.

BAKU.WS xəbər verir ki, artıq bir neçə həftədir keçirilən müsabiqənin bu dəfəki qalibi Ziya Baxışovdur. Kampaniyaya qoşularaq 100 AZN əldə edən Ziya ilk dəfədir belə müsabiqədə iştirak etdiyini və qalib olduğu üçün çox sevindiyini bildirib:

“Mən saytda elan yerləşdirməyə başladım. Bundan sonra elanlarla bağlı zənglər gəlməyə başladı. İnanmırdım ki, belə bir müsabiqədə qalib gələrəm. Bu, çox ani oldu. Mənə zəng gəldi ki, artıq mən qalib olmuşam. Əvvəllər belə müsabiqədə iştirak etməmişəm.

Amma burada özümü sınamaq istədim. Gözləmirdim, qalib olaram. Amma gördüm ki, bu, həqiqətən, real bir şeydir. Qalib olduğum üçün çox sevinirəm. İstifadəçilərə də demək istəyirəm ki, kampaniyaya qoşulsunlar və qalib olsunlar”.

Qeyd edək ki, müsabiqədə həftə ərzində ən azı 3 (təkrar olmayan) elan yerləşdirən istifadəçilər iştirak edə bilər.

Seçim random üsulu ilə aparılır, seçim zamanı eyni istifadəçinin hər yerləşdirdiyi 3-cü elan nəzərə alınır.

Müsabiqə 01-07 noyabr tarixləri arasında baş tutub. Yarışma haqqında son məlumatlar daim "Instagram" səhifəsində yenilənir.

Xatırladaq ki, eyni müsabiqə eyni şərtlərlə 08-14 noyabr tarixlərində də keçiriləcək və istifadəçilər üçün hədiyyə qazanmaq imkanı yaranacaq.

BAKU.WS
VİDEO