VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

TUT.AZ-da həftə ərzində elan yerləşdirən və nəğd 100 AZN qazanan şəxsin kimliyi bəlli olub.

BAKU.WS xəbər verir ki, bu, Bakı şəhər sakini Abbasov Ceyhun Namiq oğludur. Birinci yeri tutaraq 100 AZN qazanan Ceyhun kampaniyaya qoşulub qalib olduğu üçün sevinc hissi keçirdiyini bildirib:

“Əslində belə bir kampaniyanın keçirilməsindən xəbərim yox idi. Elan yerləşdirən zaman yarış keçirildiyini öyrəndim. Hər şey təsadüf nəticəsində oldu. Əvvəl iki elan yerləşdirmək istədim. Sonra fikrimdən daşınıb 3 elan yerləşdirdim. Bundan sonra mənə xəbər gəldi ki, qalib oldum.

İlk dəfədir, belə yarışa qatılıram. 100 AZN-i qazandığımı biləndə mənə çox xoş oldu, maraqla qarşıladım. Əvvəl inana bilmədim. Sonra zəng edib ətraflı məlumat verdilər. Gördüm ki, həqiqətən, qalibəm. Bizim ölkədə bəzən belə yarışların reallığına inanmırlar. Həmin insanlara demək istəyirəm ki, mənim bu yarışın mövcudluğundan xəbərim yox idi. Qoşuldum və qalib oldum. Onlar da mənim kimi yarışıb qalib ola bilərlər”.

Qeyd edək ki, müsabiqədə həftə ərzində ən azı 3 (təkrar olmayan) elan yerləşdirən istifadəçilər iştirak edə bilər.

Seçim random üsulu ilə aparılır, seçim zamanı eyni istifadəçinin hər yerləşdirdiyi 3-cü elan nəzərə alınır.

Müsabiqə 04-10 oktyabr tarixlərində baş tutub. Yarışma haqqında son məlumatlar daim "Instagram" səhifəsində yenilənir.

Xatırladaq ki, eyni müsabiqə eyni şərtlərlə 11-17 oktyabr tarixlərində də keçiriləcək və istifadəçilər üçün hədiyyə qazanmaq imkanı yaranacaq.

BAKU.WS