SİZİN REKLAM BURADA!
055 213 76 73


TUT.AZ-da həftə ərzində elan yerləşdirən və nəğd 100 AZN qazanan şəxsin kimliyi açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu, Bakı şəhər sakini Adbul Hacıyevdir. 3 elan yerləşdirərək kampaniyada iştirak edərək 100 AZN qazanan Abdul bəy bu uduşun onun üçün gözlənilməz olduğunu bildirib: 

“Əvvəl bu müsabiqənin reklamını gördüm. Sonra bir tanışımız orada 50 AZN uduş əldə etdiyini dedi. Ondan sonra mən də bu müsabiqəyə qoşuldum. Əslində məqsədim öz mallarımı reklam etmək idi. Amma elan yerləşdirərək həm öz mallarımı reklam etdim, həm də uduş qazandım.

İlk dəfədir ki, belə yarışda iştirak edirəm. TUT.AZ saytına bizə belə bir şərait yaratdığı üçün minnətdaram. Qalib olduğumu öyrəndikdə böyük sevinc hissi keçirdim. Həmin vaxt TUT.AZ saytının əməkdaşı zəng vurdu və qalib olduğumu söylədi. Burada fakt göz qabağındadır. Bəzi istifadəçilərin belə kampaniyaların keçirilməsinə inanmamağı qeyri-realdır. Hər şey göz qabağındadır”.

Qeyd edək ki, müsabiqədə həftə ərzində ən azı 3 (təkrar olmayan) elan yerləşdirən istifadəçilər iştirak edə bilər.

Seçim random üsulu ilə aparılır, seçim zamanı eyni istifadəçinin hər yerləşdirdiyi 3-cü elan nəzərə alınır.

Müsabiqə 16-21 noyabr tarixləri arasında baş tutub. Yarışma haqqında son məlumatlar daim "Instagram" səhifəsində yenilənir.

Xatırladaq ki, eyni müsabiqə eyni şərtlərlə 22-29 noyabr tarixlərində də keçiriləcək və istifadəçilər üçün hədiyyə qazanmaq imkanı yaranacaq.

BAKU.WS
VİDEO