Azərbaycanda əyləncə və təhsili özündə birləşdirən ilk Uşaq Əyləncə mərkəzi Kinderland artıq “Dəniz Mall”da fəaliyyətə başlayıb.

BAKU.WS xəbər verir ki, həm uşaqların, həm də böyüklərin marağına səbəb olacaq bu məkan Bakı şəhərinin kiçik maketini xatırladır. Qız qalası və digər atributları özündə cəm edən “Kinderland” küçələri, mağazaları, nəqliyyat sistemi və xüsusi valyutası olan “Kindi” ilə real şəhərdən fərqlənmir.

“Kinderland” şəhərində 4-14 yaşlı uşaqlar üçün 60-dan çox peşə fəaliyyəti, 2-4 yaşlı uşaqlar üçün isə xüsusi oyun ərazisi mövcuddur. Burada uşaqlar oyun fəaliyyətləri vasitəsilə müxtəlif peşələr haqqında maraqlı məlumatlar əldə edərək gerçək həyatı bu fəaliyyət sahələrində təcrübədən keçirmək imkanını əldə edirlər.

Gələcəyimizin qarantı olan uşaqlar bu məkanda həm əylənə, həm də karyera qurmağın ilk həyəcanını yaşaya bilərlər. Bu şəhərcikdə mövcud olan peşələr tərəfdaşların fəaliyyət sahələrinə uyğunlaşdırılıb.

Məkanın balaca qonaqları Bakıda hazırda fəaliyyət göstərən xəstəxananın cərrahı, ən yaxşı universitetin professoru, musiqi məktəbinin musiqi müəllimi, ya da gözəllik mərkəzinin stilisti olaraq özlərini sınaya bilərlər.

Qeyd edək ki, hələlik Bakıda yeni açılan bu gözəl məkanın gələcəkdə Azərbaycanın digər bölgələrində də açılacağı istisna olunmur.

Bu layihə uşaq əyləncəsi sahəsində ixtisaslaşan “Caspian Entertainment Company” şirkətinə məxsusdur. Şirkət “Amburan Kids”, “Kinderland Shuvelan Mini”, “Karting”, “Bumblebee Play/Preschool və Bumblebee Montessori”, “Slide” kimi layihələrin müəllifidir.

Ünvan – Neftçilər prospekti 26A, Dəniz Mall ticarət mərkəzi (5-ci mərtəbə).

Kinderland əyləncə mərkəzi haqqında ətraflı məlumatları qeyd olunan əlaqə nömrələrinə zəng edərək əldə bilərsiniz: (+994 12) 525 44 04, (+994 12) 525 44 14.

Rəsmi veb sayt - https://kinderland.az/ , e-poçt ünvanı - [email protected]

Sosial Şəbəkələr – Instagram, Facebook; Youtube 

“Kinderland”ın gözəlliyini aşağıdakı görüntülərdə təqdim edirik:

BAKU.WS
QALEREYA