VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Geely-nin Azərbaycandakı rəsmi distribütoru Rich Motors şirkəti yenicə təmirdən çıxmış satış və servis mərkəzini müştərilərin ixtiyarına verib.

Brendin korporativ üslubuna cavab verən mərkəz avtomobillərin satışı və texniki xidməti üzrə tam kompleks işləri həyata keçirir. Hal-hazırda sərgi salonunda Coolray modeli təqdim olunub, yaxın günlərdə isə avtosevərlərin çoxdan gözlədiyi Atlas Pro təqdim olunacaq. Bu ilin sonunadək Tugella, gələn il ərzində isə bu Çin istehsalçısının geniş model sırasının digər təmsilçilərini salonda görmək mümkün olacaq. Yüksək peşəkarlığı ilə seçilən satış nümayəndələri müştərilərə avtomobillərə dair tam məlumat verməyə, test-drayv təşkil etməyə və optimal təchizatlı avtomobil seçimində yardımçı olmağa hər zaman hazırdırlar. Ziyarətçilər üçün rahat istirahət zonası da təşkil olunub.

Servis bölməsi tələb olunan bütün texniki xidmət və təmir işlərini həyata keçirməyə imkan verən müasir avadanlıqlarla təchiz olunub. Həmçinin burada orijinal ehtiyat hissələri üçün geniş anbar mövcuddur.

Geely satış və servis mərkəzinin ünvanı:
Babək prospekti, 35A
Tel.: (050) 838 58 58
Rəsmi sayt: www.geely.az

Geely şirkəti barədə
Geely – Çinin iri avtoistehsalçısı olan, 1986-cı ildə yaradılmış Geely Holding Group qlobal şirkətin brendidir. Geely Auto Group-a Çin ərazisində və onun xaricində 15 avtomobil zavodu və transmissiya və mühərrik istehsalı üzrə 8 zavod məxsusdur. Bundan savayı, şirkət Çin, İsveç, İngiltərə və Almaniyada elmi-tədqiqat mərkəzləri, Şanxay, Götebörq, Barselona, Kaliforniya və Koventridə isə dizayn mərkəzlərinə malikdir.

Geely Holding Group-un önəmli satın almalarından 2010-cu ildən Geely Holding Group-un tərkibinə daxil olmuş Volvo Car Group şirkətini, 2017-ci ildə ABŞ-in uçan avtomobillərin yaradıcısı Terrafugia Inc., Britaniyanın Lotus Cars Ltd şirkətinin səhmlərinin nəzarət paketinin və Malayziya şirkəti Proton Holdings Berhad-ın 49,9% səhmlərinin əldə olunmasını qeyd etmək olar.

Geely Automobile Holdings qısa müddətdə dünyanın ən böyük 500 şirkəti sıralamasında 473-cü yerdən 220-ci yerə qalxmağa müvəffəq olub. Şirkət Çin bazarında 3 il ərzində ən çox satılan Çin brendi adını qoruyub saxlaya bilmişdir.

BAKU.WS