SİZİN REKLAM BURADA!
055 213 76 73


Qısa müddət öncə Bakı şəhər sakinləri və qonaqlarının rahatlığını təmin etmək məqsədi ilə “MyDriver Baku” sərnişin daşıma xidməti fəaliyyətə başlamışdır.

Qeyd edək ki, xidmət  premium avtomobillərlə7 AZN-dən başlayan qiymətlə həyata keçirilir. Müştərilərin rahatlığını düşünən “MyDriver”in lüks və çox funksiyalı avtomobilləri son 3 ilə aid olan “Mercedes-Benz” markasının “E Class”, “S Class” və çoxsaylı sərnişinlər üçün xüsusi olaraq nəzərdə tutulmuş  VİP interyerli  “Vito” modellərindən ibarətdir.

Sifarişlər “MyDriver Baku” mobil tətbiqi vasitəsi ilə qəbul olunur. Mobil tətbiq geniş funksional, müasir dizayn kimi xüsusiyyətlərlə yanaşı, digər üstünlüklərə də malikdir:

  • Sadə və rahat qeydiyyat;
  • Xüsusi qeydlərinizə uyğun avtomobil sifarişi;
  • Öncədən sifariş etmə imkanı;
  • Öz sürücünüzü seçmək imkanı.

“MyDriver Baku” mobil tətbiqində qeydiyyatdan keçib, ilk gedişinizi gerçəkləşdirdikdən sonra sizə unikal referal kod təqdim edilir. Əldə etdiyiniz referal kod vasitəsilə istənilən sayda dostunuzu xidmətdən istifadə üçün dəvət edə bilərsiniz. Dostunuz mobil tətbiqin müvafiq xanasına kodu daxil edir və ilk sifarişi icra olunduqdan sonra dəvətinizi qəbul etmiş hər dostunuza görə 4 AZN bonus qazanacaqsınız. Həmçinin, dostunuz da ilk gedişindən sonra unikal referal kod qazanacaq, o da öz növbəsində həmin kodu paylaşaraq kampaniyanın iştirakçısına çevriləcəkdir.

Kampaniya 1-31 may 2021-ci il tarixlərində davam edəcək.

İstənilən ünvana sürətli və  yüksək komfort şəraitində çatmaq üçün “MyDriver”i seçin və səyahətinizdən zövq alın.

“MyDriver Baku” mobil tətbiqini “Android”  və “İOS” əməliyyat sistemləri ilə çalışan mobil qurğuları üzərindən yükləyə bilərsiniz.

IOS: apple.co/2Qtw2IH

Android: bit.ly/3cRAtVa

Ətraflı məlumat üçün sayta keçid edə bilərsiniz: https://mydriver.az/

BAKU.WS