SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda ilkə imza atan FAW markası əməkdaşlıq müqaviləsinə əsasən Qarabağ FK-nun partnyoru olacaq. 2 ay bundan öncə Qarabağ FK ilə FAW Azərbaycan arasında bağlanan protokol bu gün qüvvəyə minib. Onu da qeyd etmək lazımdır ki, FAW avtomobillərinin rəsmi distribütoru “Cahan Motors” şirkətidir.

Avtomobil şirkətinin direktoru cənab Adil Axundovun dediyinə əsasən, əməkdaşlıq uzunmüddətli olacaq və yeniliklərə imza atacaqlar. Həmçinin Qarabağ FK-na daim çempionlar liqasında oynamağı arzulayıb.

Klubun direktoru cənab Işık Emrah Çelikelin dediyinə əsasən, bu əməkdaşlıqdan olduqca məmnundurlar və FAW brendi ilə daha uzun müddətli işləmək, yeniliklərə imza atmaq klub üçün də xoş olar.

Klubun baş məşqçisi cənab Qurban Qurbanovun dediyinə əsasən, FAW avtomobillərini çox bəyəniblər və ümid edirlər ki uzun müddət əməkdaşlıq edəcəklər.

Avto salonda həmçinin FAW-ın “Bestune” və “HongQi” modelləri də mövcuddur. Avtomobillərə 5 il və ya 150 000 km-ə qədər zəmanət verilir. FAW brendi ən qısa zamanda müştərilərin rəğbətini qazanmış və avtomobil sevənləri yeni modelləri ilə sevindirməyə davam edəcəklər.

BAKU.WS
QALEREYA