Silk Way West ACL Airshop şirkəti ilə uzunmüddətli strateji tərəfdaşlığı davam etdirir

Silk Way West ACL Airshop şirkəti ilə uzunmüddətli strateji tərəfdaşlığı davam etdirir
Promo 3

Silk Way West aviaşirkəti hava yük daşımaları sahəsində logistika xidmətləri göstərən ACL Airshop şirkəti ilə uzunmüddətli strateji əməkdaşlığını davam etdirir.

Silk Way Group şirkətlər qrupunun bir hissəsi olan Silk Way West karqo sənayesində göstərilən xidmətlər üzrə dünya lideri olan ACL Airshop ilə beş illik ULD razılaşmasının yeniləndiyini təsdiqləyib. Qeyd edək ki, ACL Airshop dünyanın altı qitəsində yerləşən 50-dən çox hava limanlarında 200-ə yaxın aparıcı aviaşirkətə xidmət göstərən yüksək texnologiyalardan istifadə edən bir logistika şirkətidir.

Şirkət təkliflərinin unikal cəhətlərindən biri aviaşirkətlərin hava yük daşıma tələblərinə cavab vermək üçün qısa müddətli icarə və lizinq həlləridir. ACL Airshop şirkəti məhz xüsusi ULD həllərinin təklifləri sahəsində dünyada güclü nüfuz qazanıb. Onu da qeyd etmək lazımdır ki, ULD (Unit Load Device) qablaşdırma, yəni hava yüklərinin formalaşma və bərkitməvasitəsidir. Yüklərin hava nəqliyyatı ilə konteynerlərdə və ya paletlərdə daşınması onların yük təyyarəsinə yüklənməsi prosesini sürətləndirib, hava vasitəsinin yük daşıma həcminə nəzarəti təmin edir.

Qablaşdırma vasitələrinin çatdırılması üçün hava yüklərini müşayiət etməklə yanaşı tərəflərin imzaladığı sazişdə daha sürətli xidmət, daha rahat logistika balanslaşdırılması, xərclərə əhəmiyyətli dərəcədə qənaət etməyi təmin edən innovativ həllər və ən müasir texnologiyaların tətbiqi ilə logistikanın idarə edilməsinə aid olan bənd də mövcuddur. Əhəmiyyətli bir məqam odur ki, Silk Way Group şirkətlər qrupu ACL Airshop ilə əməkdaşlığının uzunmüddətli tarixi var. Silk Way Group -un müxtəlif strukturları 10 ildən çoxdur ki, strateji tərəfdaşlıq çərçivəsində ACL Airshop ilə yaxından səmərəli əməkdaşlıq edib. Silk Way West və ACL Airshop real vaxtda ULD izləmə üçün Bluetooth yeniliklərinin tətbiqi ilə şirkət donanmasının logistika səmərəliliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün əməkdaşlıq edirlər. Bütün bunlar, Amsterdam şəhərində (Niderland) yerləşən ACL şirkətinin qlobal əməliyyat, ümumşəbəkə ULD idarəetmə proqramları və innovativ FindMyULD mobil tətbiqin fəaliyyətləri ilə birlikdə hava yük daşımalarının daha yüksək istifadə səviyyəsini və maksimal iqtisadi səmərəliliyini təmin edir.

“Biz əlverişli və çevik iş strategiyasına sadiqik. ULD logistikasının daim təkmilləşdirilməsi strateji prioritetlərimizdən biridir. Bu birbaşa aviaşirkətin qazancına təsir göstərir. ACL Airshop ilə əməkdaşlıq bütün donanmanın səmərəliliyini artıraraq, qənaət etmə imkanı yaradıb. Təqdim etdiyi texnoloji yeniliklərin və xidmət modelinin inkişafı sayəsində ACL Airshop bizim "strateji tərəfdaşımıza" çevrilib. Bu əməkdaşlıq həm müştərilərimiz, həm də bizim üçün olduqca səmərəlidir" - Silk Way West beynəlxalq yük əməliyyatları üzrə vitse-prezidenti Emil Xasanşin qeyd edib.

“Silk Way Group ilə uzunmüddətli tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Biz Silk Way West üçün effektiv, səmərəli və çevik həllərimizi təklif edib, həyata keçirməyə davam etməkdən qürur duyuruq” - ACL Airshop Avropa, Yaxın Şərq və Afrika bölgəsi üzrə meneceri Maurice van Terheijden belə deyib. ACL Airshop ana şirkətinin sədri və baş direktoru Steve Townes isə vurğulayıb: “Biz Silk Way West-in COVID-19 virusunun yaratdığı pandemiyaya qarşı ümumdünya müqavimətində aktivliyinin artmasını alqışlayırıq".

Bir daha xatırladaq ki, Silk Way Group dinamik şəkildə inkişaf edən və Azərbaycan iqtisadiyyatında qabaqcıl yerlərdən birini tutan şirkətlər qrupudur. 14 iyul 2006-cı ildə hava yük daşımalarının həyata keçirilməsi ilə məşğul olan şirkətlərin idarə edilməsi məqsədilə yaradılmış Silk Way Group Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində yerləşir. Hal-hazırda o, hava yük daşımalarının icrası və təyyarələrin uçuş qabiliyyətini təmin edən üç şirkətdən ibarətdir: Silk Way Airlines, Silk Way West və Silk Way Technics. Silk Way West şirkətinin əsası 2012-ci ildə qoyulub, hal-hazırda o, hər ay Avropa, Asiya, Şimali və Cənubi Amerikanın ölkələrinə 50-dən atrıq istiqamətdə 250-dən çox müntəzəm və çarter reyslərini həyata keçirir. Şirkətin aviaparkı ən qabaqcıl təhlükəsizlik sistemləri ilə təchiz olunmuş 12 Boeing 747-400F və Boeing 747-8F təyyarələrindən ibarətdir. Boeing aviakonserninin məlumatına əsasən, 2016-ci ildə Silk Way West donanma böyüməsi dinamikası, uçuş coğrafiyasının genişlənməsi və daşınan yüklərin həcmi kimi məyarlara görə sürətlə böyüyən aviadaşıyıcı kimi tanınıb. Bu gün bütün bu meyarlara görə aviaşirkət Avropada üçüncü yerdədir.

Son xəbərlər