SİZİN REKLAM BURADA!
055 213 76 73


Həyata keçirdiyi sosial yönümlü layihələri ilə hər zaman örnək olan Bank of Baku, bu dəfə vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələrini və həyatını torpaq uğrunda qurban verməyə hər zaman hazır olan qazilərimizi ziyarət etdi.

Belə ki, bank “YAŞAT” Fondunun təşkilati dəstəyilə Novruz bayramını bütöv Azərbaycanda qarşılamağı bizə nəsib edən şəhidlərimizin ailələrinə və ağır yaralanan qazilərimizə Novruz sovqatı təqdim etdi.

Novruz bayramı ərəfəsində icrasına start verilən layihənin əsas məqsədi şəhid ailələri və yataq şəraitində müalicə alan ağır yaralı qazilərimizi diqqət mərkəzində saxlamaq və onları daim sosial qayğı ilə əhatə etməkdir.

Bank of Baku gələcəkdə də bu istiqamətdə layihələrin davamlı olaraq həyata keçirilməsini planlaşdırır və “YAŞAT” Fondu ilə birlikdə daha geniş miqyasda əməkdaşlıq etmək niyyətindədir.

Bu günə qədər Bank tərəfindən icra olunan sosial layihələr və bankın təqdim etdiyi xidmət və məhsullar haqqında ətraflı məlumatla https://www.bankofbaku.com/ səhifəsinə daxil olaraq tanış ola bilərsiniz.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku

BAKU.WS